BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan əDƏbiyyat



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#106540
1   ...   39   40   41   42   43   44   45   46   47
Peyqemberin-s-haqq-canishini

SİRLƏRLƏ DOLU BİR MƏKTUB 

Bir  gün  Əbu  Bəkrin  oğlu  Məhəmməd,  Müaviyəyə  bir  məktub  yazıb  onun  etdiyi 

                                                

202


 “ġərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.30-34 


 

65 


əməlləri  tənqid  etdi.  Müaviyə  onun  məktubuna  belə  cavab  yazdı:  “Müaviyə  ibni  Əbu 

Süfyandan öz atasını danlayan bir Ģəxsə Məhəmməd ibni Əbu Bəkrə. Salam olsun Allaha 

itaət edən Ģəxslərə. 

Məktubunu aldım. Allahın nemətlərini iqrar etdikdən sonra elə sözlər uydurmusan ki, 

ondakı  düĢüncələrin  zəif  olduğunu  göstərir  və  atanın  acığına  gəlib  onu  alçaldır.  Əbu 

Talibin oğlunu (Əlini) müdafiə edib, onun iftixarlarını sadalamısan... 

Bunu bil ki, mən və sənin atan Peyğəmbərin vaxtında bir idik və Əbu Talibin oğlunun 

bütün  fəzilətləri  bizim  üçün  bir  gün  kimi  aĢkar  idi.  Biz  onun  hörmətini  saxlamağı 

özümüzə  vacib  bilirdik.  Peyğəmbərin  ömrü  baĢa  çatan  kimi,  atan  və  onun  dostu  (yəni 

Ömər ibni Xəttab) məkr və hiylə ilə Əlinin haqqını ələ keçirib onunla müxalifət etdilər və 

əvvəlcədən hazırlanmıĢ plan əsasında xilafəti özləri üçün möhkəmlətdilər. Sonra Əlidən 

beyət  etməsini  istədilər.  O,  bundan  imtina  etdikdə  ona  layiq  olmayan  sözlər  deyib  ona 

qarĢı çox təhlükəli  hiylələr  iĢlətdilər. Əli  məcbur qalıb onlarla  beyət etdi. Onlar  isə  heç 

vaxt  Əlidən  məsləhət  almayıb  onu öz  gizli  iĢlərindən  xəbərdar etmirdilər.  Onların  ömrü 

baĢa çatdı  və  hakimiyyətlərinə son qoyuldu. Ömər xilafəti Osman üçün  hazırladı.  Əgər 

hal-hazırda  bizim əlimizdə olan  bu  xilafət düzgündürsə onun  baisi elə sənin  atandı;  yox 

əgər  bu  hökumət  zülm  əsasında  qurulubsa,  yenə  də  onun  baisi  atandır  və  biz  də  bu 

günahda  onunla  Ģərik  olmuĢuq.  Biz  sənin  atanın  göstəriĢi  ilə  bu  xilafəti  ələ  almıĢıq, 

əməldə ona iqtida edib, ayağımızı onun ayağının yerinə qoymuĢuq (yəni əgər sənin atan 

onunla  müxalifət  etməsəydi,  biz  də  heç  vaxt  Əli  ilə  müxalifət  etməyib,  xilafəti  ona 

verərdik.  Ancaq  bu  iĢi  bizdən  qabaq  baĢlayan  atan  oldu,  biz  də  onun  yolunu  davam 

etdirdik.)  Ġndi  atana  eyib  tut  və  onu  danlayıb  bizdən  əl  çək.  Tövbə  edib  haqq  yoluna 

qayıdana salam olsun!” 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin