Azərbaycan türkcəsinə ərəb dilindən keçmiş “mələk” kəlməsi dini anlamına görə, Allahın göstəriş və əmrlərini yerinə yetirən qeyri-maddi qanadlı bir məxluqu bildirməkdədir. Kəlməyə məhz bu mənada Molla Vəli Vidadinin aşağıdakı beytində rast gəlməkdəyik:
Mədhin oxur göy üzündə mələklər,
Hər biri bir türfə nidayə düşər. Eyni kəlməni eyni anlamda Qasım bəy Zakirin də işlətdiyinin şahidiyik:
Cənnətin hurisi, ərzin mələki,
Yetişməz yüz çala əl-ayaq sənə.
Səməd Vurğun isə belə yazmışdır:
Ümid bağlamadın göydə mələkə,
Dedin ki, yer qızı ondan gözəldir! Kəlmənin ikinci, məcazi mənası da var. Gözəl və xoşxasiyyət adamı bildirməkdədir. Abdulla Şaiq aşağıdakı beytində həmin sözü məhz bu mənada işlətmişdir: