Müqəddəs ruh dərhal İsanı çöllüyə apardı. O, qırx gün orada çöl heyvanlarının arasında qaldı. Şeytan onu imtahana çəkdi, mələklər isə ona qulluq etdilər.
Yəhya həbs edildikdən sonra İsa Cəliləyə getdi və Allahın müjdəsini təbliğ etməyə başladı. O deyirdi: «Vaxt yetişdi, Allahın Padşahlığı yaxındır. Tövbə edin və müjdəyə iman gətirin» (Mark, 1: 2-15).
Mark İncilindən gətirdiyimiz sitatdan belə aydın olur ki, Həzrət Yəhya (ə) özündən təqribən 8 əsr öncə yaşamış Əşiya peyğəmbər (ə) tərəfindən müjdələmiş, özü isa İsanı (ə) müjdələmiş, o, peyda olduqda onu vəftiz etmiş və onun Məsih və peyğəmbər olsuğunu təsdiq etmişdir. Bu isə o deməkdir ki, Əşiya gələcəkdən keçmişə ötürülən informasiya sayəsində Həzrət Yəhyanı (ə) müjdələmiş, Yəhya (ə) da eyni üsulla Məsihin gəlməli olduğundan xəbər tutmuşdur.
Luka İncilində nəql edilənlər Quranda zikr edilənlərlə təqribən eyni süjetə sahibdir:
Yəhudiyyə padşahı Hirodun günlərində Əbiyya bölüyünə mənsub olan Zəkəriyyə adlı bir kahin vardı. Onun arvadı İlsəba Harun nəslindən idi. Onların ikisi də Yehovanın qarşısında saleh idi, Onun bütün əmr və qanunlarına riayət edib təmiz həyat sürürdülər. Amma uşaqları yox idi. İlsəba sonsuz idi və hər ikisi artıq qocalmışdı. Bir gün Zəkəriyyə öz bölüyünün növbətçiliyi zamanı Allah qarşısında kahinlik xidmətini icra edirdi. Kahinlik qaydası üzrə Yehovanın məbədinə girib buxur təqdim etmək növbəsi ona çatmışdı. Buxur təqdim edilən vaxt bütün camaat bayırda dua edirdi. Birdən Yehovanın mələyi buxur qurbangahının sağ tərəfində peyda olub Zəkəriyyəyə göründü.
Zəkəriyyə mələyi görəndə təşvişə düşüb bərk qorxdu. Lakin mələk ona dedi: «Zəkəriyyə, qorxma, çünki Allah sənin yalvarışını eşitdi. Arvadın İlsəba sənə bir oğul doğacaq. Adını Yəhya qoyarsan. Sən sevinib-şadlanacaqsan, onun doğulmasına çoxları sevinəcək, çünki o, Yehovanın gözündə böyük olacaq. Amma onun dilinə şərab və başqa kefləndirici içki dəyməməlidir. O, hələ anasının bətnində ikən müqəddəs ruhla dolacaq. İsrail oğullarının bir çoxunu onların Allahı Yehovaya tərəf döndərəcək. Həmçinin ataların ürəyini uşaqlara, itaətsizləri salehlərin hikmətinə yönəltmək və xalqı Yehova üçün hazırlamaqdan ötrü Onun qarşısında İlyasın ruhu və gücü ilə yeriyəcək».
Dostları ilə paylaş: |