Ona dedilər: «Axı qohumlarınız arasında bu adda adam yoxdur».
Sonra gedib uşağa hansı adı qoymaq istədiyini işarə ilə atasından soruşdular.O, bir lövhəcik istədi və orada «uşağın adı Yəhyadır» yazdı.
Hamı buna təəccüb etdi. O anda Zəkəriyyənin dili açıldı, danışıq qabiliyyəti özünə qayıtdı və o, Allaha alqış oxumağa başladı.Onlarla qonşuluqda yaşayanların hamısı qorxuya düşdü. Bu hadisələrin sorağı Yəhudiyyənin bütün dağlıq bölgəsinə yayıldı. Bunları eşidənlər: «Görəsən, bu uşaq kim olacaq?» - deyə düşünürdülər, çünki Yehova onunla idi.