Bismillahir Rəhmanir Rəhim


Uşağın atası Zəkəriyyə müqəddəs ruhla dolub peyğəmbərlik etməyə başladı



Yüklə 2,2 Mb.
səhifə110/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   106   107   108   109   110   111   112   113   ...   120
Uşağın atası Zəkəriyyə müqəddəs ruhla dolub peyğəmbərlik etməyə başladı: «İsrailin Allahı Yehovaya alqış olsun! Çünki O, Öz xalqına nəzər saldı, ona nicat yolunu açdı. Qulu Davudun evindən bizə güclü bir xilaskar yetirdi. O, qədimdə yaşamış müqəddəs peyğəmbərləri vasitəsilə bizi düşmənlərimizin və bizə nifrət edənlərin əlindən qurtaracağını söyləmişdi. O, ata-babalarımıza vəd etdiyi kimi, bizə mərhəmət göstərəcək, müqəddəs əhdini, atamız İbrahimə içdiyi andı yadına salacaq. Bizi düşmənlərin əlindən qurtardıqdan sonra Ona ömür boyu cəsarətlə, sədaqət və salehlik içində qulluq etmək şərəfini bizə nəsib edəcək. Ey körpə, sən isə Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, ona görə ki Yehovanın qarşısında gedib Onun yollarını hazırlayacaqsan, Onun xalqına günahların əfvi vasitəsilə xilas olunacağını bildirəcəksən. Bu, Allahımızın rəhmi sayəsində olacaq. Bu rəhmin sayəsində göydən gələn şəfəq üzərimizə nur saçacaq, zülmətdə və ölüm kölgəsində oturanlara işıq verəcək, addımlarımızı sülh yoluna yönəldəcək».

Uşaq böyüyür, ruhən möhkəmlənir və İsrail xalqının qarşısına çıxmaq vaxtı gələnə qədər çöllükdə yaşayırdı (Luka, 1: 57-80).

Yəhya İncilində Həzrət Yəhya (ə) ilə yəhudi başçıları arasında maraqlı bir dialoq yer almaqdadır. Bu dialoqda Həzrət İsadan (ə) və ayrı-ayrı tərcümə variantlarında “Gəlməli olan Peyğəmbər”, “Gözlənilən Peyğəmbər”, “Həmin o Peyğəmbər” adları altında Həzrət Mühəmməddən (s) də bəhs edilməkdədir və həmin dialoqdan belə məlum olur ki, yəhudilər öz dini kitablarından hələ o zaman sözügedən peyğəmbərlərin gəlməli olduqlarını bilirmişlər:
Yəhudilər Yəhyanın kim olduğunu öyrənmək üçün Yerusəlimdən onun yanına kahinlərlə lavililəri göndərdi. Yəhya belə şəhadət verdi: «Mən Məsih deyiləm». O, bunu açıq-aşkar dedi, sualdan qaçmadı. 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin