Bismillahir Rəhmanir Rəhim


Tanrı gördü ki, Erlik bir işə yaramaz



Yüklə 2,2 Mb.
səhifə13/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   9   10   11   12   13   14   15   16   ...   120
Tanrı gördü ki, Erlik bir işə yaramaz,

Erlikin varlığıyla bu dünya da yaşamaz.

Yaratdı Mandı-Şirə adlı bir qəhrəmanı,

Dedi ki, Erlik deyil, bu qorusun insanı.

Mandı-Şirədən başqa sümükləri qamışdan

Yeddi adam yaratdı, ətləri də torpaqdan.

Nəfəsiylə üflədi, tutdu qulaqlarına,

Yeddi insanın dərhal can gəldi ruhlarına,

Tutdu, burunlarna bir daha da üfldi,

Ağıl verdi insana, ruha ağıl eklədi.

Müqəddəs Mandı-Şirə insanı qoruyacaq,

Onu yaşadacaqdı, düşmənləri qovacaq.
Burada da Mandı-Şirə qoruyucu mələk rolundan daha çox insan rolunda çıxış edir. Deməli, bu obraz sadəcə türk mifik təfəkküründə minillərlə davam edən təkamül nəticəsində peyğəmbərə çevrilmişdir. Amma necə olursa-olsun, təktanrıçı türklər onun həm bir peyğəmbər  olduğuna inanmış və bu inanclarını bəzi miflərdə əbədiləşdirmişlər.

Taricdə, istər səmavi, istərsə də qeyri-səmavi olsun, çox az sayda din var ki, orada mələklərdən söz açılmamış olsun. Məsələn e.ə. VI-V əsrlərdə tarix meydanına çıxdığı bilinən zərdüştilikdə bu varlıqlar “Ameşa Spenta” (amşaspandlar) adlandırılan varlıqlar oynamışlar.

Əhdi-Ətiqdə Allahın iradəsini bəşər övladına ötürmək üçün yaradılan bu varlıqlara dair çox sayda istinadlara gəlmək mümkündür. Onlar həm müjdəçi (İbrahimə gələn üç mələk) və saleh insanların qoruyucularıdırlar (Sodom və Gomorranın məhv edilməsi), günahkarları cəzalandırır (Adəm və Həvvanı cənnətdən qovur) və ya Tanrının özünün (Yaqub, mələklə mübarizə aparır) sirli bir təcəssümü kimi görünürlər.

Buddizmdə dünyanın iyerarxik mənzərəsi mələk iyerarxiyasına çox bənzəyir. Adi-Buddanın (Tanrının) meditasiyası nəticəsində Dhyani Buddası (mələk iyerarxiyasının 1-ci dərəcəsi) şəklində özünü göstərən Jarmakayanın kosmik cismi ortaya çıxır. İnkişaf etməyən, lakin dünyanın yaranmasında iştirak edən dhyani-bothisattvalar, 2-ci sıradakı mələklərə uyğundur. Manuşa-Buddalarda ilahi iradəni birbaşa insanlığa və insana daşıyan üçüncü sıradakı mələklərlə parelellik müşahidə edilir.



Hinduizmdə kainat aktiv qüvvələrin - mələklərin və iblislərin ilahi bir iyerarxiyası kimi başa düşülür. Bu dünya görünməz bir başlanğıcdan konkret təzahürə qədər 7 mərhələdən ibarətdir. Bunlar birlikdə saysız-hesabsız tanrıların, mələklərin, cinlərin məskunlaşdığı, birlikdə "Dharma" ya, "Karma" vasitəsi ilə Böyük Universal Qanuna, fəaliyyət qanununa tabe olan bir ordu təşkil edir.

Sikhizmdə Əzrayıldan “Azraaiil”dan adı altında bəhs edilməkdədir. Onun adı bu dini təlimin qurucusu Quru Qranth Sahibin qələminə məxsus kitabda çəkilir və eynən İslamda olduğu kimi, o, ölüm mələyi kimi vəsf edilir.

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin