Bismillahir Rəhmanir Rəhim


Xristian dinində mələklər və onların funksiyaları



Yüklə 2,2 Mb.
səhifə14/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   10   11   12   13   14   15   16   17   ...   120
Xristian dinində mələklər və onların funksiyaları
Xristian təliminə görə, bütün mələklər xidmətçi ruhlardır. Onlar Tanrı tərəfindən maddi dünya yaradılmamışdan əvvəl yaradılmışlar vəönəmli güc sahibidirlər. Onların sayı dünyadakı bütün insanlarrın sayından xeyli çoxdur. Mələklərin məqsədləri izzətinin təcəssümü olan Allahı izzətləndirmək, Allahın izzəti üçün lütfü yönəltmək və təcəssüm etdirməkdir. Bu səbəbdən də onlar Allaha həmd edər və Onun tapşırıqlarını yerinə yetirərlər.

Mələklərin də insanlar kimi ağılları var, amma onların ağlı insan ağlından daha mükəmməldir. Onlar əbədidirlər və erkən xristian ikonoqrafiyasında çox vaxt saqqalsız yeniyetmələr şəklində, yüngül dyakon geyimində, arxalarında qanadları (sürət simvolu) olan bir şəkildə, başları üzərində işığı təcəssüm etdirən halqa (nimfa) ilə təsvir olunurlar. Sonrakı dövrlərə aid ikonalarda isə onların qanadlı gənc qızlar şəklində təsəvvür edildiyini görməkdəyik.

Belə hesab edilir ki, mələklərin dünyası Allah tərəfindən sərt iyerarxik qaydada qurulmuş 9 mələk rütbəsindən ibarətdir: Serafim, Xerubim, Taxtlar, Üstünlük, Güc, Hakimiyyət, Başlanğıc, Arxangellər, Mələklər. Bütün mələk ordularına rəhbərlik edən Lusifer ən güclü, ən istedadlı, ən gözəl və Allaha ən yaxın olan idi. O, digər mələklər arasında özünün yüksək mövqeyi ilə qürurlanmağa başladıqdan və Tanrıdan daha yüksək mövqeyə sahib olmaq arzusuna düşdükdən sonra devrilərək qovulmuşdur.

Deyilənə görə, Lüsifer bir çox mələyi yoldan çıxararaq öz tərəfinə çəkməyə bacarmışdır. Belə olan haldə Mikayıl mələk tərəddüddə olan mələkləri Allaha sədaqədə çağırmış, Allaha sədaqət nümayiş etdirən işıqlı mələklərin köməyi ilə onu və tərəfdarlarını göydən yerə atmışdır. Bundan sonra Lüsifer İblis, tərəfdarı olan mələklərsə şeytan və cinlər adlanmağa başlamışlar.

Qovulmuş mələklər əvvəlki güclərindən tamamilə məhrum deyillər və Allahın da izni ilə insanları günah olan düşüncə və istəklərə sövq edə, ilhamlandıra, onlara yol göstərə və incidə bilərlər. Lakin insanlara cinlərdən say baxımından daha çox və daha güclü olan xeyirxah mələklər kömək edir.

Lüsifer və ya İblis Əhdi-Cədiddə ilan, əjdaha kimi təqdim edilir:


Sonra göydə başqa bir əlamət göründü. Budur, yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngdə böyük əjdaha. Onun başlarında yeddi tac vardı. O, quyruğu ilə göydəki ulduzların üçdə birini süpürüb yerə atdı. Əjdaha doğmaq üzrə olan qadının qabağında dayanıb gözləyirdi ki, o, azad olan kimi körpəsini udsun Qadın bir oğlan uşağı doğdu. Bu oğul bütün xalqlara dəmir çomaqla çobanlıq edəcək. Qadının övladı o andaca Allahın yanına, Onun taxtına aparıldı. Qadın isə çöllüyə qaçdı. Allah onun üçün orada yer hazırlamışdı. Orada qadını 1260 gün ərzində bəsləyəcəkdilər. Sonra göydə müharibə oldu. Mikayıl öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu, lakin üstələyə bilmədi. Artıq onlar üçün göydə yer qalmadı. Beləliklə, İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı (Vəhy, 12:3-9).


Xristian ənənəyə görə, mələklərdən aşağıdakıların adları məlumdur: Mikayıl (Mikael), Cəbrayıl (Qabriel), Rafayıl (Rafael), Uriel (Oriel), Yequdel, Selafiil, Varaxiil.

Bunlardan üçünün adı birbaşa Bibliyadan, digərlərinin adları isə rəvayətlərdən qaynaqlanır.

Allah tərəfindən vəftiz olunduqdan sonra hər kəsə göndərilən qəyyum mələklərin varlığına inanılır. Bu düşüncə Matta İncilinin 18-ci fəslinin 10-cu bəndində deyilənlərdən qaynaqlanır:


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin