Bismillahir Rəhmanir Rəhim


Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın hüzurunda dururlar



Yüklə 2,2 Mb.
səhifə15/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   11   12   13   14   15   16   17   18   ...   120
Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın hüzurunda dururlar.
Şeytanlar qorxu və ehtiraslar aşılamaqla insanların ruhunu ovlamağa çalışırlar. Hər bir insanın qəlbində Allah ilə şeytan arasında "görünməz bir müharibə" gedir. Lakin Allah Özü insanlara şəxsən görünmür, Öz iradəsini insanlara çatdırmağı mələklərə etibar edir.

Bu qayda Allah tərəfindən qoyulmuşdur. Məqsəd daha çox insanın prosesdə iştirak etməsini və bu yolla təqdis olunmalarını təmin etmək üçündür. Bu funksiyanı mələklər, eyni zamanda Əhdi-Ətiq peyğəmbərləri, məsələn, Vəftizçi Yəhya, yerinə yetirirlər.

Bundan əlavə, həm yerdəki, həm də göydəki kilsələr hər bir xristian üçün xüsusi dualar edir və Tanrı da onların qayğısına qalır.

Hər bir mələk və cin fərqli qabiliyyətlərə malikdir. Onlardan bir çoxu müxtəlif sahələrdə "ixtisaslaşıblar", digərləri insanlarda inamı gücləndirir, başqaları isə başqa bir şeydə kömək edir. Eynilə, cinlər də insanları günaha sövq edən ehtirasları oyadır, bəziləri qəzəb, digərləri puç xəyallar və s. kimi hiss və düşüncələr oyatmaqla məşğuldurlar. Bundan başqa hər şəxsə təyin edilmiş əələklər də var. Hətta bütöv-bütöv şəhərlərin və dövlətlərin himayəçisi olan mələklərin olduğuna da inanılır. Hinayədə olan dövlətlər bir-birləri ilə müharibə vəziyyətində olmaz, olsalar belə, heç vaxt savaşmaz və düşmənçilik etməz, Yer üzündə sülhün bərqərar olması üçün Allaha dua edirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, hesab edilir ki, mələklərin dünyası Allah tərəfindən sərt iyerarxik qaydada qurulmuş 9 mələk rütbəsindən ibarətdir: Serafim, Xerubim, Taxtlar, Üstünlük, Güc, Hakimiyyət, Başlanğıc, Arxangellər, Mələklər.

Bunlar üç çöhrəyə ayrılırlar:



I çöhrə.

Bura serafimlər, xerubimlər və taxtlar daxil edilirlər.



Qədim yunana dilində “serafimlər” (σεραφίμ) adlandırılan bu mələklər qrupunun adı qədim ivrit dilindən (שׂרפים‏‎) qaynaqlanır və bu dildə yanan, alovlanan, odlu kimi tərcümə edilə bilər. Onlar Allaha olan atəşli məhəbbətləri ilə fərqlənir, bu məhəbbətdən odlanıb-alovlanır, yanıb-yaxılırlar. Altı qanada sahib olduqları söylənilir. Haqlarında Əhdi-Ətiqdə belə deyilir:
Padşah Üziyyə ölən il mən Yehovanı gördüm. O, möhtəşəm, uca bir taxtda oturmuşdu. Libasının ətəkləri məbədi doldururdu. Onun hüzurunda serafimlər durmuşdu. Onların hər birinin altı qanadı var idi. Qanadların ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtür, ikisi ilə uçurdular. Serafimlər bir-birini səsləyərək deyirdilər: “Ordular Allahı Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün dünya Onun calalı ilə doludur!” Onların səsindən qapı dabanları titrədi və ev tüstü ilə doldu (Əşiya, 6: 1-4).

Qədim yunancada “xerubimlər” (χερουβίμ) kimi səslənən mələklər qrupunun qədim ivrit dilindəki adı “kərubim” və ya “hərublar” (כרובים‏‎) kimi səslənməkdədir. Mənası “müdriklilər”, “elmlilər” deməkdir. Himayəçi, bilikləri yayan, müdriklik verən mələklər qrupudur. Haqlarında Əhdi-Ətiqdə belə deyilməkdədir:

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin