Bunlar Kəbər çayının yanında gördüyüm+ məxluqlar idi. Kərrublar yuxarı qalxırdılar. Kərrublar irəliləyəndə çarxlar onların yanı ilə irəliləyirdi. Kərrublar yerdən yüksəyə qalxmaq üçün qanadlarını qaldıranda çarxlar nə dönmür, nə də onların yanından ayrılmırdı. Kərrublar dayananda çarxlar da dayanırdı, kərrublar qalxanda çarxlar da onlarla birgə qalxırdı, çünki məxluqları hərəkətə gətirən ruh çarxları da hərəkətə gətirirdi.
Sonra Yehovanın calalı məbədin kandarının üstündən aralanıb kərrubların üstündə durdu. Bu vaxt kərrubların qanadlarını qaldırıb yerdən aralandıqlarını gördüm. Onlar qalxanda çarxlar da onların yanında qalxdı. Onlar Yehovanın evinin şərq darvazasının ağzında dayandılar. İsrailin Allahının calalı onların üstündə idi.
Bunlar Kəbər çayının yanında, İsrailin Allahının taxtının altında gördüyüm məxluqlar idi. Ondan bildim ki, onlar kərrub imiş. Dördünün də dörd üzü, dörd qanadı, qanadlarının da altında, sanki, insan əli var idi. Üzləri Kəbər çayının yanında gördüyüm kimi idi. Kərrubların hər biri düz irəli gedirdi (Hizqiyal, 10).