Bismillahir Rəhmanir Rəhim



Yüklə 2,2 Mb.
səhifə26/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   22   23   24   25   26   27   28   29   ...   120
Bir gün Allah oğulları (mələklər) Yehovanın hüzuruna gəldi. Şeytan da onların arasında idi (Əyyub, 1: 6).
7. Mələklər dünya yaradılmamışdan öncə yaradılıblar və dünya yaradılarkən çox sevinmişlər.
Mən dünyanın təməlini qoyanda sən harada idin?Bilirsənsə, söylə. Bəlkə, bilirsən, kim ona ölçü verib, Ölçü ipini ətrafına kim çəkib?  Təməli nəyin üzərində durur? Onun guşə daşını kim qoyub? Dan ulduzları birgə sevinib-şadlananda, Allah oğullarının (mələklərin) hamısı hayqırıb alqış oxuyanda sən harada idin? (Əyyub, 38: 4-7).

8. Onların sayı çoxdur. Yüz milyonlarla olduğu söylənilir.
Mən taxtın, məxluqların və ağsaqqalların ətrafında durmuş çoxlu mələyi gördüm və onların səsini eşitdim. Onların sayı minlərlə minlər, on minlərlə on minlər idi (Vəhy, 5: 11).
9. Bütün mələıklərin adları var. Bibliyada onlardan yalnız Mikayıl və Cəbrayılın adı çəkilir. Digərlərinki çəkilmir:
O vaxt xalqının himayəsində duran böyük əmir Mikayıl ayağa qalxacaq. Onda xalqlar yaranandan bəri görünməmiş ağır bir zəmanə gələcək. O vaxt sənin xalqın, adı kitabda yazılmış hər kəs qurtulacaq (Dənyal, 12: 1).
Hətta baş mələk Mikayıl Musanın cəsədi barəsində İblislə mübahisə edəndə onu təhqiramiz sözlərlə ittiham etməyə cürət etmədi, sadəcə dedi: “Qoy Yehova səni məhkum etsin” (Yəhuda, 9).
İlsəbanın hamiləliyinin altıncı ayında Allah Cəbrayıl mələyi Cəlilənin Nasirə şəhərinə, Davudun nəslindən olan Yusif adlı adamın nişanlısının yanına göndərdi. Qızın adı Məryəm idi (Luka, 1: 26-27).
Yaqub ondan (mələkdən) soruşdu: “Bəs sənin adın nədir?”. O isə cavabında: “Adım nəyinə gərəkdir?” - dedi və orada ona xeyir-dua verdi (Yaradılış, 32: 29).
O, Yehovanın mələyindən soruşdu: “Sənin adın nədir? Adını söylə ki, dediklərin yerinə yetəndə sənə alqış oxuyaq”. Lakin Yehovanın mələyi ona dedi: “Adımı nə edirsən? Adım xariqüladədir” (Hakimlər, 13: 17-18).
10. Mələklər bir-biri ilə və insanlarla ünsiyyətdədirlər. Danışırlar.
Əgər mən insanların və mələklərin dilində danışıramsa, amma məhəbbətim yoxdursa, onda danqıldayan mis alətdən, cingildəyən sincdən heç nə ilə fərqlənmirəm (I Korinflilərə, 13: 1).
11. Mələklər də insanlar kimi ağla sahibdirlər, düşünür və Allaha həmd-səna edirlər. Yaxşını pisdən seşməyi bacarırlar.
Qəflətən bu mələyin yanında saysız-hesabsız mələklər göründü. Onlar Allahı mədh edərək deyirdilər: “Göylərdəki Allahımıza alqış olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!” (Luka, 2: 13-14).
12. Günahla savab, yaxşı ilə pis arsında seçim etmək haqqına sahibdirlər. Günah edən mələklər də vardır.
Sonra o, solundakılara deyəcək: “Rədd olun buradan, lənətə gəlmişlər! İblis və onun mələkləri üçün hazırlanmış əbədi alova gedin! (Matta, 25: 41).
Allah günaha batmış mələklərə rəhm etməyib onları Tartara ataraq hökmə qədər zülmət qaranlığın zəncirlərində saxlayır (II Butrus, 2: 4).
13. Mələklər güc və səlahiyyət sahibidirlər.
Sonra göydə müharibə oldu. Mikayıl öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu (Vəhy, 12: 7).
14. Allaha mələkləri vasitəsilə insanlara və xalqlara onların dilində müjdə verir:
Sonra göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə yer üzünün sakinlərinə - hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün əbədi müjdə vardı. O, ucadan deyirdi: «Allahdan qorxun, Onu ucaldın, çünki Onun hökm vaxtı yetişdi. Göyü, yeri, dənizi və bulaqları yaradana təzim edin” (Vəhy, 14: 6-7).
15. Mələklər pisləri yaxşılardan ayırırlar.

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin