(Mələklərə belə əmr olunacaq:) “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini – Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin (Əs-Saffat, 22-23).
أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ
Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar? (Əs-Saffat, 150).
وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ
(Mələklər dedi): “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır (Əs-Saffat, 164).
إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ طِينٍ
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam (Əs-Sad, 71).
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ Mələklərin hamısı birlikdə səcdə etdi... (Əs-Sad, 73).