Bismillahir Rəhmanir Rəhim


أَنْفُسَهُمْ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ



Yüklə 2,2 Mb.
səhifə68/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   64   65   66   67   68   69   70   71   ...   120
أَنْفُسَهُمْ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!
İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl (ə), Mikayıl (ə), Əzrayıl (ə) və İsrafil (ə). 

Adı çəkilən mələklərdən Mikayıl (ə) müsəvilik, xristianlıq və İslamda mərkəzi yerlərdən birini tutur. O, Bibliyaya əsasən, İblislə savaşan göy ordusunun başçısı kimi təmsil edilir, rəhmətə getmiş Məryəmi də o aparır. İslam ənənəsinə görə, Mikayıl (ə) insanların haqq yoldan azdıqlarından məyusluq hissi keçirdiyi üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl (ə) Allahın verdiyi ruziləri insanlara paylayır.



Allaha ən yaxın olan mələklərdən biri olan Cəbrayıl (ə), Bibliyaya (Müqəddəs Kitaba) əsasən, öncə Vəftizçi Yəhyaya (ə), sonra isə Məryəmə Həzrət İsanın (ə) doğulacağını müjdələyir. İslam ənənəsinə görə o, Allahın iradəsini Quran ayələri halında və ayrı-ayrı vəhylər şəklində Həzrət Mühəmmədə (ə)  çatdırmışdır. Dünya xalqlarının folklorunda, o cümlədən Azərbaycan folklorunda da özünəməxsus yeri olan bu mələk “Ronald haqqında nəğmə”də Böyük Karla  baş verən hadisələri xəbər verir.

Qurani-Kərimdə o, bəzən “Ruh” adlandırırlır:

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin