بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَالٍ
Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur (Ər-Rad, 11).
Bunlar qoruyucu mələklərdir. Onlar insanları Allahın izni ilə qəza-bəlalardan və başqa gözlənilməz hadisələrdən qoruyurlar. Bu mələklər barədə Təbərinin təfsir kitabında Həzrət Mühəmmədə (s) istinadən nəql edilən bir hədis bulunmaqdadır:
“Sizləri həm gecə, həm də gündüz təqib edən mələklər vardır. Bunlar, sabah və ikindi namazlarında (növbə dəyişdirmək üçün) bir araya gəlirlər. Sonra sizinlə bərabər gecələyənlər yuxarı çıxarlar. Rəbbiniz daha yaxşı bildiyi halda, onlardan: “qullarımı necə buraxdınız?” – deyə sorar. Onlar da: “Biz onları namaz qılarkən buraxdıq. Getdiyimizdə də namaz qılırlardı” – deyərlər.”, “Çılpaq durmaqdan çəkinin! Çünki, sizdən heç ayrılmayan, sadəcə ayaqyolunda, bir də kişinin ailəsi ilə cinsi münasibətdə olduğu zaman ayrılan mələklər vardır. Onlardan utanın və onlara hörmət göstərin!” (Təfsiri-Təbəri, V cild).
Qoruyucu mələklər, günah etdikdən sonra bağışlanmasını diləyən, asi olmayan insanların əfv olunması üçün Allaha yalvararlar:
Dostları ilə paylaş: |