(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! “İnsanı yandırıb-yaxar!”; “Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik... (Əl-Muddəssir, 27-31).
İlahiyyatçı Rauf Cəbrayılov haqlı olaraq yazır ki, Allahın peyğəmbərlərini və onların əshabələrini təhlükələrdən qorumaqdan ötrü yer üzərinə enən və hətta döyüşən mələklər də olmuşdur. “Məsələn, İslam dinində Həzrət Məhəmməd (s.ə.s) və möminlərin kafirlərlə ilk döyüşü olan Bədr döyüşündə (miladi 624-cü il) 3000 mələk iştirak etmişdi. Həzrət Peyğəmbər (s) möminlərə 3000, Allah isə 5000 nişan qoyulmuş mələklə Peyğəmbər (s) və möminlərə yardım edəcəyini vəd etmişdi”. Bu fakt öz əksini Ali-İmran surəsinin 123-125 – ci ayələrində belə tapmışdır:
وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ ۖ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ