Bismillahir Rəhmanir Rəhim


قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ



Yüklə 2,2 Mb.
səhifə91/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   87   88   89   90   91   92   93   94   ...   120
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ

(Sonra İbrahim) dedi: “Ey elçilər! Sizin işiniz nədir? Onlar dedilər: “Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik)” (Əz-Zariyat, 31-33).
Dövrümüzədək yetişmiş hədislərdən birindən cümə günü məscidə gələnlərin adlarını qeyd edən mələklər barədə də məlumat əldə edə bilirik. Sözügedən hədisdə deyilir:
Əbu Hüreyra rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: “Cümə günü yetişdiyi zaman mələklər məscidin qapılarının önündə düzülüb (ora gələn adamları) birbəbir siyahıya alırlar. İmam minbərə oturduqda isə mələklər səhifələri büküb xütbəni dinləməyə gəlirlər” (Səhih əl-Buxari, hədis 3211).  

    İlahiyyatçı Rauf Cəbrayılov haqlı olaraq yazır ki, “hədisi-şəriflərdə insanın qəlbinə doğrunu və həqiqəti ilham edən (Tirmizi, “Təfsir”, 3), namaz qılanlarla birgə “Fatihə” surəsinin sonunda “amin” deyən (Buxari, “Azan” 11), Quran oxunarkən yer üzünə enən (Buxari, “Fəzailul-Quran 15), elm və zikr məclislərinə baş çəkən (Buxari, Dəavat, 66), möminlərə rəhmət oxuyan (Tirmizi, “Elm” 19), hər gün sübh və ikindi namazlarında möminlərlə birlikdə olan (Buxari, Məvaqit 16) mələklərdən də bəhs olunur”.

Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur:

Bir mələk hər namaz vaxtı nida edib deyir: “Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsilə) söndürün!” (Mustədrəkul-vəsail, 3-102).


9. Allahın and içdiyi varlıqlardan biri də mələklərdir:

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin