Bismillahir Rəhmanir Rəhim


وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ



Yüklə 2,2 Mb.
səhifə94/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   90   91   92   93   94   95   96   97   ...   120
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ

الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِنْ

دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi...”.



Mələklərin varlığının elmi əsaslandırılması
Bu bölümdə fikirlərimizin izahına fizika-riyaziyyat elmləri doktoru, professor A. A. Bayramov və Azərbaycan Ali Hərbi Məktəbinin “Riyaziyyat və Fizika” kafedrasının baş müəllimi E. X. Məmmədovun birlikdə qələmə aldıqları və 2015-ci ildə dərc etdirdikləri “Xüsusi Nisbilik Nəzəriyyəsinin Elementləri” adlı dərs vəsaitinə istinadən başlamağı lazım bilirik.

Qeyd edək ki, sözügedən dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 1277 saylı 16 dekabr 2014-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Əsərə AMEA Fizika İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru T.Q. Məmmədov, AAHM-in “Riyaziyyat və Fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru M.Ə.Qurbanov və AAHM-in Elmi tədqiqat bölməsinin dosenti Ə.D.Namazov kimi elm adamları rəy vermişlər.

“Xüsusi Nisbilik Nəzəriyyəsinin Elementləri” adlı əsərin “Giriş” hissəsində bildirilir: “Bütün zamanların ən böyük kəşflərindən biri olan xüsusi nisbilik nəzəriyyəsi (XNN) haqqında söhbət açanda öncə görkəmli alman fiziki A.Eynşteyn və kütlə ilə enerji arasındakı məşhur E = mc² münasibəti yada düşür.

Eynşteynin fizika elminə bəxş etdiyi töhfələr arasında - xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatları, kapilyar hadisə, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, mayelərdə və qazlarda Broun hərəkətinin molekulyar kinetik nəzəriyyə görə (MKN) izahı, fotoeffektin nəzəriyyəsi, məcburi şüalanma və digər elmi tədqiqat işlərini göstərmək olar”.

Kitabın müəllifləri daha sonra yazırlar ki, hələ 1400 il əvvəl bütün dünya elmləri və dünyanın sirləri bir ilahi kitabda Qurani-Kərimdə toplanıb. “Quranda məkan (harada?) və zaman (nə vaxt?) haqqında yazılan möcüzələr hər bir insanı heyran edir. Qurani-Kərimdə XX əsrin ən böyük kəşflərindən biri olan A.Eynşteynin XNN-si (1905-ci ildə) haqqında açıq aydın dəlillər verilmışdir. Qurani-Kərimin ayələrində zamanın və məkanın nisbi olduğunu gösrərən fikrlər vardır. Bu mövzu ilə əlaqədər bəzi ayələləri belə sıralaya bilərik:


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin