Bismillahir Rəhmanir Rəhim


Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”



Yüklə 2,2 Mb.
səhifə120/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   112   113   114   115   116   117   118   119   120
Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”.

Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.

(Xızır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan (başqa bir övlad) versin. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!” (Əl-Kəhf, 60-82).

Bu ayələrdə deyilənlər mövzumuz baxımından çox önəmlidir. Belə ki, Mandela effektinin mexanizmini anlamağımıza kömək edir.

Diqqət edin. Gələcəkdən aldığı informasiya sayəsində Həzrət Xızır (ə) gələcəkdə baş verəcək bəzi hadisələrin qarşısını alır, yəni gələcəyə korrektələr edir. Gəmini təxrib etməklə zalımların onu kasıb sahiblərinin əlindən almasını önləyir, uşağı öldürməklə onun əməlisaleh valideynlərini böyüdükdən sonra uşağın onlara edəcəyi zülmün qarşısını alır, divarı möhkəmləndirməklə xəzinənin başqalarının əlinə keçməsinə imkan vermir, vaxtı gələndə sahibinə çatmasına şərait yaradır.

Ən əsası isə, Həzrət Xızır (ə) bunu öz ixtiyarı və iradəsi ilə etmədiyini vurğulayır və bununla da Allahdan gələn vəhyi icra etdiyini bildirir.
Son söz
Gücüm və elmim, çox-çox təəssüflər olsun ki, sadəcə bu qədər yazmağa yetdi. Halbuki üzərində durmalı olduğum daha bir önəmli, özü də çox önəmli bir məsələ qaldı.

Məlum olduğu kimi, Qurani-Kərimdə ərşi (kainatı) saxlayan mələklərdən, eləcə də Qiyamət mələklərindən söhbət açılır. Bu isə o deməkdir ki, mələklər həm də qravitasiya qüvvəsi, qravitasiya sahəsi, qara materiya və qara dəliklərlə də sız əlaqədədirlər. Madam ki, belədir və madam ki, mələklər taxyonik yapıya sahibdirlər, deməli, taxyonlarla qara materiya arasında mütləq və mütləq sız əlaqə olmalıdır.

Belə bir əlaqə var. Bunu oxuduğum elmi məqalələrdən dəqiq bilirəm.

Fəqət elmim və gücüm həmin məqalələrdən əldə etdiyim bilikləri sevgidəyər oxuculara çatdırmağa yetmir.

Ola bilsin ki, gələcəkdə kimlərsə başladığım bu işdən ilham alıb, onu tamamlamaq istəsinlər. Belələri olarsa, onlara mütləq rus dilində olan aşağıdakı iki məqaləyə göz atmalarını tövsiyyə edirəm:

Ю.А.Рылов. Тахионный газ как кандидат на темную материю.

http://www.ipmnet.ru/~rylov/tgcdm5rw.pdf

Ю.А.Рылов. Тахионы и тахионный газ в дискретной геометрии пространства-времени.



http://www.ipmnet.ru/~rylov/ttgdstg1rw.pdf
Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin