الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا
Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli (Allahın) izin verdiyi kimsələrdən və doğru (söz) deyənlərdən başqa heç kəs danışmayacaq (Ən-Nəbə, 38).
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا
...sənin Rəbbin və səf-səf (düzülmüş) mələklər gələcək (Əl-Fəcr, 22).
سَنَدْعُ الزَّبَانِيَةَ
Biz də əzab mələklərini çağıracağıq (Əl-Ələq, 18).
Qurani-Kərimdə mələklər barədə söylənilənlərdən çıxan nəticələr
Yuxarıdakı ayələri ümumiləşdirərək aşağıdakı nəticələrə gəlmək mümkündür:
1. Qurani-Kərimdə 5 mələkdən başqa digər mələklərin adı çəkilmir. Adı çəkilən mələklər bunlardır: Mikayıl (ə), Cəbrayıl (ə), Harut, Marut və Malik
Bunlardan ilk ikisinin adına Əl-Bəqərə surəsinin 98-ci ayəsində rast gəlirik:
مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ
Dostları ilə paylaş: |