وَمَنْ يَسْتَنْكِفْ عَنْ عِبَادَتِهِ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًا Nə (İsa) Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də (Allaha) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır (Ən-Nisa, 172).
Quranda öz adları ilə yad edilən və rəvayətə görə sehrlə məşğul olan və insanlara magiya və cadunu öyrədən Harut və Maruta gəlincə, Əl-Bəqərə surəsinin 102-ci ayəsində deyilənlərdən belə aydın olur ki, onlar Babil yaxınlığında yaşamışlar.
Rəvayətə görə, Allahın icazəsi ilə insanlara sehr öyrədən bu mələklər, qiyamət gününə qədər bir mağarada başaşağı vəziyyətdə asılaraq qalacaqlar. Yanlarına gələn adamlara sehrin cəzasının Cəhənnəm olduğunu öncədən xəbərdar etdiklərinə və yalnız bundan sonra sehri öyrətdiklərinə inanılır. Olduqları mağaranın yeri barədə müxtəlif fikirlər mövcuddur. Mağaranın girişinin çox kiçik olması (bir insanın keçə biləcəyindən daha kiçik) və iki dağın arasında yerləşməsi barədə bir rəvayət mövcuddur. Sözügedən mağaranın Dəməşq yaxınlığında yerləşdiyi ehtimal edilir.
Quranda Cəhənnəm gözətçiləri olan zəbani mələklərinin hamısının böyüyü və başçısı olan mələyin də adı yad edilir. Qurani-Kərimdə bildirilənə görə, onun adı Malikdir: