Bismillahir Rəhmanir Rəhim


وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ



Yüklə 2,2 Mb.
səhifə82/120
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108330
1   ...   78   79   80   81   82   83   84   85   ...   120
وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir­ oldu (Əl-Bəqərə, 34).

7. Quranda mələklərin sayı barədə heç bir dəqiq məlumat yoxdur. Hədislərdən birində deyilir ki, Allah-təala onlardan daha çox heç bir məxluq yaratmamışdır. Mələklərin sayı olduqca çoxdur və bu say yalnız Allaha məlumdur. Həzrət Əli (r) mələklərin sayı barədə demişdir:

Göy qatlarında bir qabıq (qədər yer) yeri yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın” (Nəhcül-Bəlağə, xütbə 90).
Aşağıdakı hədis də mələklərin nə qədər çox olduğunu anlamamıza yardımçı ola bilər. Malik ibn Sasaənin Həzrət Mühəmmədə (s) istinadən nəql etdiyi həmin hədisdən belə aydın olur ki, mələklərdən hər gün 70000-i Beytul məmura daxil olur və bir daha ora qayıtmırlar:

...Sonra mənə Beytul- Məmuru göstərdilər. Soruşdum: “Bu nədir, ey Cəbrail?” Dedi: “Bu Beytul-Məmurdur. Hər gün onun içinə yetmiş min mələk girir. Oradan çıxdıqdan sonra bir daha ora qayıtmırlar” (Səhih əl-Buxari, hədis 3207; Səhih Müslim, hədis 164).


8. Mələklərin müxtəlif vəzifələri vardır. Həzrət Əli (r) Həzrət Mühəmmədə (s) istinadən belə demişdir:
(Onların birinci dəstəsi elə mələklərdir ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edənlərdir. Onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər. Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri üçün danışıq vasitəsi və tərcümanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər” (Nəhcül-Bəlağə, xütbə 1).
Qurani-Kərimdə hər bir insanın bütün həyatı boyu etdiyi əməlləri yazmaq üçün Allah tərəfindən təyin olunmuş iki “katib” mələk haqqında da məlumat var:

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin