مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır! (Qaf, 17-18).
وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ
كِرَامًا كَاتِبِينَ
يَعْلَمُونَ مَا تَفْعَلُونَ
Sizin üstünüzdə gözətçi mələklər, (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. “Onlar sizin nə etdiklərinizi bilirlər (Əl-İnfitar, 10-12).
Bunlardan başqa, “Həməleyi-ərş” deyilən, ərşi daşıdıqları bildirilən mələklər də vardır. Onlar ərşi daşımağa mükəlləfdirlər Qurani-Kərimdə onların sayının 8 olduğu göstərilir:
وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ
ثَمَانِيَةٌ
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! (Əl-Haqqə, 17).