(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!” (Əl-Ənfal, 12).
Rauf Cəbrayılov Mələklərin müharibələr zamanı çətin məqamlarda müsəlmanlara köməyə gəlmələri barədə çoxlu səhih hədisin mövcudolduğunu qeyd edərək, onların birini misal çəkir:
“İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s.ə.s) Bədr döyüşündə demişdir: “Budur, Cəbrail atının başından tutub, üstü-başı da yaraqlı-yasaqlı (gəlir)” (Səhih əl-Buxari, hədis 3995).
İlahiyyatçı qeyd edir ki, Xəndək müharibəsi zamanı (miladi 626-cı il) da Allah mələklərdən ibarət qoşunla müsəlmanlara kömək etmişdi: