Ey iman gətirənlər ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü (Əl-Əhzab, 9).
Qurani-Kərimdə bildirilənlərdən belə aydın olur ki, ölüm ayağında olan möminlərə qorxmamaları üçün kömək edən, ürək-dirək verən mələklər də vardır:
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30).
“Əz-Zariyat surəsində söylənilənlərdən belə çıxır ki, Allahın əmrindən çıxaraq Onun peyğəmbərlərinə asi olan azğın və əxlaqsız toplumları cəzalandırmaq üçün Yer üzərinə xüsusi mələklər göndərilir: