Bismillahir rəhmanir rəhim



Yüklə 3,41 Mb.
səhifə20/20
tarix10.01.2022
ölçüsü3,41 Mb.
#109657
1   ...   12   13   14   15   16   17   18   19   20
Getmə dayan Həbibim, eşqidə yan Həbibim!

Səcdəsi, səccadəsi olubdu qan Həbibim!

1 Öncəki vəsiyyətnaməmi Əmir yazmışdı və bu hər ikimizin idi. İndi isə, mənim şəraitim evdə çox dəyişilmişdi. Bunlara baxmayaraq, ona əl vurmadım.

1 O anda ön cəbhədə olan sığınacaqlarımıza getmək istəyirdik. "Səccad" batalyonunun qüvvələri də xurma bağlarının yaxınlığında olan böyük kanallarda yerləşdirdilər. Dalğıclar ön xətti yardıqdan sonra, onlar qayıqlarla işə başlamalı idilər.

1 Müharibədən mənim üçün yadigar qalan şeylərdən biri də, o dalğıc ləpiridir.

2 Məhəmməd Rüstəminin qardaşı, o, Təbriz vilayətinin ehtiyat qüvvələrinin məsulu idi.

1 “Kərbəla-5” əməliyyatı "Ya Fatimətuz-Zəhra (sə)!" parolu ilə, 1987-ci ilin yanvar ayının 9-da başladı.

2 “Kərbəla-4” əməliyyatında biz heç bir bölgəni düşmənə vermədik, hətta bəzi bölgələri də düşməndən aldıq. Amma taktika və əməliyyat üzrə məqsədimizə nail olmadıq. Lakin xaricdə cəbhədən yayılanlar fərqli idi və "Kərbəla-4" əməliyyatı barədə düşmənlə əks-inqilabçıların mənfi təbliğatları bir ayrı təsəvvür yaradırdı. Tehran xəstəxanasında olduqda cərrahiyyə əməliyyatından sonra, şəhidlər vəqfinin nümayəndəsinə demişdim ki, mənim üçün radio gətirsinlər və onun vasitəsilə xəbərləri izləyirdim. Xarici radiolar "Kərbəla-4"-dən sonra İranın uğursuzluğunu qabardırdılar. Məsələn; səhər deyirdilər ki, İranın itkisi əlli min nəfərdir. Günorta deyirdilər ki, altmış min nəfər və ertəsi gün altmış beş min nəfər. Deyəsən, bizim itkimizi səksən min nəfərə qaldırmışdılar. Bu vəziyyət bizim üçün əzabverici idi. Amma zənnimcə Allahın lütfü sayəsində "Kərbəla-4"-də baş verən hadisə bizə böyük dərs oldu və onun ardınca "Kərbəla-5" əməliyyatının qələbəsi baş verdi.

1 O dalğıc taqımının fədakarlıqları Fərəc Quluzadənin "Mənim bütün dostlarım" xatirə kitabında Qulamrza Quluzadənin qələmi ilə müfəssəl şəkildə yazılıb. Bu dəyərli kitabı “Müqəddəs Müdafiə Dəyərlərinin Qorunması və Nəşriyyatı Vəqfi” 2010-cu ildə nəşr edib.

1 Cəbhədə Şəhid Həmid Qəmsüvarla dost idim, müharibədən sonra atası mərhum Hacı Əli Qəmsüvarla dost oldum. O, 2006-cı ildə xəstəlikdən dünyasını dəyişdi. Ömrünün son günlərinə qədər insanlara yüksək əhval-ruhiyyə verir, gözəl cəbhə günlərini xatırladırdı. Allah onu axirətdə şəhidlərlə birgə etsin!

1 Təbriz Tibb Universitetində onunla bir yerdə işləyirik. İndi də bəzən məni öz adımla çağırmır.

1 60 Kalibrli mina düşənə qədər heç bir səs çıxarmırdı. Nə vaxt düşəcəyi də bəlli deyildi. Birdən düşür və partlayırdı. Digər minaların isə səsi olurdu, onlara öyrəşmişdik, nə vaxt və hansı tərəfə düşəcəyini bilirdik.

1 Müharibədən sonra onu gördüm. Ticarət şöbəsində işləyirdi. Təəssüf ki, adı yadımda deyil.

1 “Nəsr-7” əməliyyatı "Ya Fatimətuz-Zəhra! (sə)" parolu ilə, 1987-ci ilin avqust ayının 5-də, Sərdəşt şəhərinin qərbində başladı. O vaxt Ərəfə günü və Qurban bayramına təsadüf edirdi.

2 Müharibə boyu İraq əsirləri arasında on beş xarici ölkənin muzdlu əsgərləri də görünürdü. Bu onu göstərirdi ki, bütün ölkələr İraqı dəstəkləyir və İran xalqı necə də məzlumdur.

1 Yadımdadır ki, bir dəfə İmam Hüseyn (ə) batalyonunda olduqda məmurlardan bir neçəsi görüşə gəlmişdilər. Duz fabrikində olan “Ya Məhdi (əc)” əməliyyatından bir neçə gün öncə idi. Onların arasında ostan, şəhər və bələdiyyə başçıları da var idi. Onlar bölünüb taqımlara getmişdilər. Bələdiyyə başçılarından iki nəfər də bizim taqıma gəldi. Yemək yedikdən sonra, problemlər barədə söhbət açıldı. Döyüşçülər şəhərin vəziyyətini və məmurları tənqid etdilər. Biri deyirdi: "Siz ki, görürsünüz döyüşçülər burada hansı vəziyyətdə qalırlar və odun içində döyüşürlər. Bunlara baxmayaraq, bu döyüşçülər şəhərə gəldikdə və vəziyyəti gördükdə ümidsiz olurlar! Siz özünüz cəbhəyə döyüşçü göndərməməyinizə baxmayaraq, bizim qüvvələri də ruhdan salırsınız!” Başqa biri davam edirdi: "Necə olur ki, bu döyüşçülər İmamın və komandirlərinin göstərişi ilə müharibəni idarə edirlər, sizsə şəhərdə, müharibədən uzaqda öz şəhərinizi və ofislərinizi kontrol edə bilmirsiniz?” Bu arada mən də zarafata dedim: "Bizim şəhərlərin müharibəsindən başımız çıxır, inşallah bir gün müharibə qurtardıqda bu qumbaraatan və pulemyotlar şəhərə qayıdacaq. Camaat hansı idarədən narazı olsa onu vuracağıq!” Onlardan biri mənə bir cavab verdi ki, müharibədən uzun illər sonra görürəm ki, həqiqəti deyib. O, dedi: "Siz müharibədən sonra şəhərə qayıtdıqda, məmurlardan bəziləri sizdən bir neçəsini cangüdən olaraq öz aralarında saxlayacaqlar və öz işlərinə davam edəcəklər. Ona görə də, siz qumbaraatanla da vura bilməyəcəksiniz.”

1 Bir dəfə bölüklərdən biri yolu itirmişdi. Həmin gecə də təsadüfən şiddətli yağış yağırdı. Səhər vaxtı döyüşçülər bir kəndə çatmışdılar. Kənd əhalisi səhərə yaxın görürlər ki, ətraflarını hərbi qüvvələr əhatə edib. Onlar da qorxurlar. Öncə heç kim bayıra çıxmır, amma sonra bir neçə nəfər gedib macəranı danışır və nəhayət, camaatın köməyi ilə od qalayıb paltarlarını qurudur, əhalidən yemək-içmək alır və onlardan yolu soruşub geri qayıdırlar.

1 Əslində, bu şəxslər kəşviyyat-əməliyyat qüvvələri olduqları üçün öz həqiqi kimliklərini gizli saxlayırdılar.

1 Gözümdən gələn çirklər müharibənin yadigarıdır ki, heç vaxt sağalmadı və hələ də davam edir. Bu problem soyuq havalarda bir neçə qat artır.

1 Sürücülərin çoxu əməliyyat bölgəsinə getdiyimizi anladıqda imtina edirdilər. Bir neçə dəfə sürücü maşını buraxıb demişdi ki, mən getmirəm, özünüz minib gedin. O anda kim trayler sürə bilərdi. Ona görə də təsəlli verib deyirdim ki, getdiyimiz yerin İraqla məsafəsi çoxdur.

1 O şəkillər hələ də qalır.

2 Yerli yemək növüdür və xurmanı yağda qızardaraq hazırlayırlar.

1 “Beytül-müqəddəs-2” əməliyyatı 1988-ci il, yanvar ayının 15-də "Ya Zəhra (sə)!" müqəddəs parolu ilə, Süleymaniyyə məntəqəsinin şimal bölgəsində baş verdi.

1 Təbrizli döyüşçülərin az olmasının müxtəlif səbəbləri var idi. Onun ən böyük səbəbi “Müsəlman Xalq Partiyası”nın macərası idi. Bu proses Təbrizə böyük zərbə vurdu və camaatı iki hissəyə ayıraraq insanların çoxunda inqilaba qarşı biganəlik yaratdı. Bir yandan da riyakarlıqlar və münafiq davranışlar öz təsirini qoyurdu. Mən özüm də dəfələrlə müxtəlif mövqelərdə onunla qarşılaşmışam və aydın idi ki, adi camaat bir neçə dəfə bu davranışları gördükdə, geriyə çəkilir və özlərini dağa-daşa vurmurdular. Macəranın acı hissəsi bu idi ki, bekar bir insan bu riyakarlıqları və cığallıqları etdikdə, ona dözmək olurdu. Lakin ağrı və acı bu idi ki, bu münafiqlərin bəziləri məmur idilər və işin başında otururdular! Bunların hamısı əlbir olmuşdu və 1988-ci ildə Təbrizin bütün döyüşçülərinin sayı üç batalyona da çatmırdı. Lakin bu qüvvələr canla-başla işləyib, həmişəki kimi Aşura briqadasının başını ucaldırdılar.

1 1988-ci ilin iyul ayının 3-də, İranın 298 sərnişinli Airbus təyyarəsi Amerikanın “USS Vincennes” gəmisi tərəfindən hədəfə alındı və Fars körfəzinin sularına süqut etdi.

2 1988-ci ilin iyul ayının 18-də, İran Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının 598-ci qətnaməsini qəbul etdi. 1988-ci ilin avqust ayının 18-də, İran ilə İraq arasında rəsmi atəşkəs başladı.

1 Mirsad əməliyyatı "Ya Əli (ə)!" müqəddəs parolu ilə, 1988-ci ilin iyul ayının 27-də, ölkənin qərb hissəsində, İslamabad və Kərənd şəhərlərində baş verdi və münafiqlərlə İraqın muzdlu əsgərlərini bir-birinə vurdu.

1 Dostlar deyirdilər ki, münafiqlər filmlərdəki artistlər kimi döyüşürdülər. DŞK-nı maşının üstünə qoyub, maşını da heç bir maneə və sığınacaq olmadan yolun düz ortasında saxlamışdılar. Bizim pilotlarımız münafiqlərin maşın kalonunu dayanmadan bombalayırdılar. Belə ki, onların çoxu maşınların içində həlak olurdular. Təyyarə və helikopterlərimizin işi xüsusilə buna görə dəyərli idi ki, hərbi qüvvələr bölgəyə çatmazdan öncə, hücum edənlərin qarşısını ala bilmişdilər.

1 Onun dediyi söz mənim üçün maraqlı idi. O deyirdi: "Bilirsən! Mən polis əməkdaşıyam və şah zamanından masanın arxasında işləmişəm. Mən dövlətdən pul alıb işləyirəm. Hökumətin mənim üçün fərqi yoxdur. Şahın olsun, ya İmamın. Vəzifəm burada işləməkdir və burada olduğum müddət ərzində, işimi görəcəyəm. Amma inqilab vasitəsilə bura gəlib belə davrananlardan xoşum gəlmir.”

1 İmam Hüseyn (ə) batalyonu Təbrizin ən məşhur batalyonlarından idi. Bütün şücaətli və tanınmış döyüşçülər orada idilər. Komandirləri, şəhidləri, batalyonun şücaəti və Təbrizdə təşkil etdiyi əzəmətli proqramlara görə, sevimli və tanınmış batalyon idi.




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin