Sual: 109. Həzrət Mehdinin (ə) zühuru üçün nə vaxt şərait yaranacaq?
Cavab: Bütün İslam ümməti yekdil olaraq bu fikirdədir ki, Allah-tәala həzrət Mehdinin (ə) zühurunu bir gecədə müəyyənləşdirib imzalayar.
Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: “Mehdi (ə) biz əhli-beytdəndir. Allah onun zühurunu bir gecədə həyata keçirəcək.”6
Şeyx Səduq imam Hüseynin (ə) dilindən nəql edir: “Mənim övladlarımdan olan şəxsin qiyamında həzrət Yusifdən, həzrət Musadan bir sünnə var və o, biz əhli-beytin canişinidir. Allah-tәala onun zühurunu bir gecədə həyata keçirər.”1
Sual: 110. Həzrət Mehdinin (ə) ümumdünya ədalət hökuməti haqqında İslam məzhəblərinin mövqeyi nədir?
Cavab: İstər şiə, istər sünni mənbələrində nəql olunmuş bir çox hədislərdən məlum olur ki, yer üzü zülm-sitəmə qərq olduqdan sonra həzrət Mehdi (ə) zühur edib yer üzündə ədaləti bərpa edəcək.
Əbu-Səid Xidri həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Yer üzü zülm-sitəmə qərq olmamış qiyamət qopmaz. Həmin vaxt əhli-beytimdən bir şəxs zühur edib yer üzündə ədaləti bərpa edər.2
Şeyx Tusi imam Sadiqin (ə) dilindən belə nəql edir: “Bizim Qaim (ə) (Mehdi (ə)) zühur edər. (Həzrət Əli (ə) ilə Musa ibn Cəfərə işarə edərək buyurdu) O bu şəxsin nəslindəndir. Yer üzü zülm-sitəmlə dolduqdan sonra o, ədaləti bərpa edər”.3
Dostları ilə paylaş: |