Bismillahir-Rəhmanir-Rəhim


Sual: 112. Sünnə əhlindən kimsə imam Əsgərinin (ə) övladını xilaskar kimi qəbul edirmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə103/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   99   100   101   102   103   104   105   106   ...   410
Sual: 112. Sünnə əhlindən kimsə imam Əsgərinin (ə) övladını xilaskar kimi qəbul edirmi?

Cavab: Bəzi sünni alimləri imam Həsənin (ə) Mehdi (ə) adlı övladının yalnız dünyaya gəlişinə inanırlar. Onun xilaskar olmasını isə şiələrə aid əqidə bilirlər. Bəzi sünni alimləri isə həm Mehdinin (ə) mövluduna, həm də onun hazırda sağ olmasına inanırlar. Bu alimlərdən bəzilərini yada salaq:

1. Məhəmməd ibn Yusif Gənci Şafei deyir: “İmam Həsən Əsgərinin (ə) özündən sonra bir oğlu qalıb və o, vəd olunmuş imamdır.”1

2. Əbdül-Vəhhab Şərani Hənəfi deyir: “Dünyanın sonunda Mehdinin zühuruna ümid var. O, imam Həsən Əsgərinin (ə) övladlarındandır. Onun mövludu hicri 255-ci il Şəbanın ortasına təsadüf edir. O hazırda sağdır və həzrət İsa ilə görüşəcək. Yaşı 706-ya çatmışdır. Şeyx Həsən İraqi mənə belə xəbər verib.”2

3. Nurəddin Əbdür Rəhman Came Hənəfi deyir: “O yer üzündə ədaləti bərpa edər.”3

4. Qazi Bəhlul Behcət Әfəndi deyir: “On ikinci imam hicri 255-ci il Şəbanın 15-də dünyaya gəldi. Onun iki qeyb dövrü var: kiçik qeyb və böyük qeyb. Allah ona izin verdiyi vaxt yer üzündə ədaləti bərpa edəcək”.4

5. Sədrəddin Həmvini həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: “Həqiqətən, övladlarımdan 12-cisi qeybə çəkilər... Nəhayət, Allah-tәala ona zühur icazəsi verər.”5

6. Şeyx Fəridəddin Əttar Nişapuri öz qəsidəsində deyir:

Minlərlə övliya əl açıb göyə

Mehdini istərlər “ya Allah” deyə.

Ya Rəbb, göndər gəlsin böyük xilaskar,

Ədalət dünyada görünsün aşkar.

7. Cəlaləddin Rumi həzrət Mehdini (ə) belə nəzmə çəkir:

Kişilər sərvəri Əliyə salam,

Ərənlər hünəri Əliyə salam...

Haqqı yer üzündə bərpa edəsi

Mehdi adlı diri vəliyə salam.

8. Sədrəddin Qəvnəvi şagirdlərinə belə vəsiyyət etmişdir: “Dünyadan köçəcəyim gecə qəlb iştirakı ilə 70000 dəfə “la ilahə illəllah” deyin və salamımı həzrət Mehdiyə (ə) çatdırın”.

9. Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi deyir: “Höccət Məhəmmədin, Saleh Xələfin atasını dünyadan köçəndə 5 yaşı vardı. Allah-tәala Yəhyaya uşaq yaşında hikmət öyrətdiyi kimi, ona da az yaşında hikmət təlim etdi. Alimlər yekdil olaraq bu rəydədir ki, Mehdi (ə) dünyanın sonunda zühur edəcək qaimdir...”



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin