Sual: 114. Həzrət Mehdinin (ə) mövludunu xəbər verən rəvayətlər zəifdirmi?
Cavab: Bəziləri deyirlər ki, müəlliflər Mehdinin (ə) mövludundan danışan rəvayətlərin zəif olduğunu bildikləri halda, onları nəql etmişlər.
Uyğun iradlara cavab verək:
1. Bu mövlud haqqında yetərincə etibarlı sənədlər olduğundan zəif rəvayətləri araşdırmağa ehtiyac yoxdur. Bu əqidə şiə və sünni hədisçiləri tərəfindən qəbul olunmuşdur.1
2. Aşkar etiqadi və kəlami məsələlərlə bağlı hədislər şiələr tərəfindən etibarlı sayılır. Bu məsələləri ağıl da təsdiqləyir. Aşkar etiqadi məsələlərin hədislərin araşdırılması yolu ilə təsdiqi zəruri deyil. Məhdəviyyət də bu qəbil məsələlərdəndir.
3. Həzrət Mehdinin (ə) mövludundan xəbər verən hədislər təvatir (yetərlilik) həddindən çoxdur. Bu baxımdan da onların araşdırılmasına ehtiyac yoxdur. Mütəvatirlik əksəriyyət tərəfindən meyar qəbul olunmuşdur. Mütəvatir xəbəri nəql edən rəvayətçilərinin hər birinin ədalətli olması şərt deyil.
4. İmam Əsgərinin (ə) yaşadığı dövrdəki siyasi vəziyyəti araşdıran şəxs anlayır ki, məhz həmin dövrün siyasi sıxıntıları səbəbindən bir çox rəvayətçilər həzrət Mehdinin (ə) mövludundan xəbərsiz qalmışdır. Bir çox hədisçilər rəvayəti nəql edərkən adlarını gizlətmiş, mövcud rejimin təzyiqlərindən çəkinmişlər.
Dostları ilə paylaş: |