Bismillahir-Rəhmanir-Rəhim


Sual: 117. İmam Mehdinin (ə) dünyaya gəlişi haqqında daha hansı yollarla məlumat verilir? Cavab



Yüklə 1,7 Mb.
səhifə108/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   104   105   106   107   108   109   110   111   ...   410
Sual: 117. İmam Mehdinin (ə) dünyaya gəlişi haqqında daha hansı yollarla məlumat verilir?

Cavab: İmam Əsgərinin (ə) səhabələrindən bir çoxu və başqaları imam Mehdinin (ə) dünyaya gəlişi haqqında xəbər vermişlər. Onun kiçik və böyük qeyb dövrlərində görənlər də var. Onlardan bəzilərinin adını çəkək:

1. Əbul-Fəzl Hüseyn ibn Həsən Ələvi deyir: “Samirada imam Mehdinin (ə) mövludunu təbrik etmək üçün imam Əsgərinin (ə) yanına getdim.”4

2. Əhməd ibn Məhəmməd deyir: “Zübeyri öldürdükdən sonra imam Əskəridən (ə) məktub aldım. O yazırdı: “Bu, Allah və Onun övliyasına iftira yaxanın, canişinim olmamış məni öldürə biləcəyini düşünənin cəzasıdır. Allahın qüdrətini necə gördü?!” Hicri 255-ci ildə həzrətin oğlu oldu və ona Məhəmməd (ə) adı verildi.”5

3. Əbu-Haşim Cəfəri deyir: “İmam Əskəriyə (ə) ərz etdim: “Sizin övladınız varmı?” Həzrət buyurdu: “Bəli...”6

4. Şeyx Sadiq imam Əsgərinin (ə) xidmətçisi Nəsiminin dilindən belə nəql edir: “Həzrət Mehdi (ə) anadan olandan bir gün sonra onun yanına getdim. Yanında olduğum vaxt səbir vurdum. Həzrət (ə) buyurdu: “Yərhəməkəllahu” (“Allah sənə rəhm etsin”) Bu söz məni sevindirdi. Sonra həzrət buyurdu: “Sənə səbir vurmaq haqqında müjdə verimmi? Bil ki, səbir vurmaq insanı üç gün ölümdən amanda saxlayar.”1

5. Şeyx Tusi Nəsim və Mariyəyə istinadən belə nəql edir: “Həzrət Mehdi (ə) anasının bətnindən çıxdıqdan sonra iki dizi üstə oturdu, şəhadət barmağı ilə səmaya işarə etdi, sonra səbir vurdu və buyurdu: “Əlhəmdulillahi Rəbbil-aləmin və səlləllahu əla Muhəmmədin və alihi əbədən və daxərən ğəyri-mustənkəfə və la mustəkbər.” Sonra həzrət (ə) sözünə belə davam etdi: “Zalımlar güman etdilər ki, Allahın höccəti gəlməyəcək. Əgər bizə danışmaq izni verilsəydi, bütün şəkk-şübhələr aradan qalxardı.2

6. Şext Tusi Kamil ibn İbrahim Mədənidən bir rəvayət nəql edir. Kamil imam Əskəri (ə) ilә görüşündən danışır: “Külək əsdi, pərdə kənara çəkildi. Qəfildən ay tək nur saçan bir uşaq göründü. Onun dörd yaşı olardı. Bəlkə də, mənə belə göründü. Mənə buyurdu: “Ey Kamil ibn İbrahim! Onun xitabı bədənimi lərzəyə gətirdi. İlhamlanıb, “eşidirəm, mənim ağam” dedim. Həzrət buyurdu: “Sən Allahın vəlisi, höccəti, qapısının yanına gəlmisən.”3

7. Əmr Əhvazi deyir: “İmam Əskəri (ə) öz övladını mənə göstərdi və buyurdu: “O, məndən sonra sizin sahibinizdir.”

Şeyx Hürr Amili deyir: “Kuleyni və başqa müəlliflər mötəbər sənədlərə əsasən nəql edirlər ki, bir çox insanlar mövludundan sonra həzrət Mehdi (ə) ilə görüşmüşdür. Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Həkimə binti Məhəmməd, Əbu-Əli ibn Mutəhhər, Xadim İbrahim ibn Əbdə, Əbu-Əbdüllah ibn Saleh, İbrahim ibn İdris, əmisi Cəfər ibn Əli, Əmr Əhvazi, Zərif Xadim, Farsi, Mədaini həzrət Mehdini (ə) görən şəxslərdəndir.”4

8. Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh və Məhəmməd ibn Osman Əmri deyir: “İmam Əsgəri öz mənzilində övladını bizə göstərdi. Biz 40 nəfər idik. Həzrət buyurdu: “Bu məndən sonra sizin imamınız, mənim canişinimdir. Ona itaət edin və məndən sonra parçalanmayın...5



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin