Sual: 119. Həzrət Əli (ə) imam Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?
Cavab: Əsbəğ ibn Nəbatə deyir: “Həzrət Əmirəl-mömininin (ə) yanına getdim. Dərin fikrə gedib, əlindəki çubuğu yerə vururdu. Ərz etdim: “Ya Əmirəl-möminin, nə olub bu qədər fikrə getmisiniz, yoxsa yerə rəğbətiniz artıb?” Həzrət buyurdu: “Yox, and olsun Allaha mən bir gün olsun belə, dünyaya rəğbət göstərməmişəm. Məndən olası birinin mövludu haqqında düşünürəm. O, mənim övladlarımdan оn birincisidir. Adı Mehdidir. Yer üzü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək. Onunla bağlı heyrət və qeyb dövrü var. Həmin vaxt kimi yolunu azar, kimi haqqı tapar...”2