Sual: 122. İmam Səccad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: İmam Zeynəl-Abidinin (ə) övladı ondan soruşdu: “Ey ata! Nə üçün qardaşımı “Baqir” adlandırdın? Həzrət bu vaxta qədər görmədiyim şəkildə gülümsündü və buyurdu: “Ey övladım! Həqiqətən, imamlar onun övladlarıdır. Onlardan olan bizim qaim qiyam edər, yer üzünü zülm-sitəm bürüdükdən sonra ədaləti bərpa edər. Odur imam, odur imamların atası, odur elm mədəni, elm qaynağı. Odur elmi yaran. And olsun Allaha! Allahın rəsuluna ən çox oxşayan da odur.” Ərz etdim: “Ondan sonra yeddi imam var? Həzrət buyurdu: “Ondan sonra yeddi imam var və dünyanın sonunda qiyam edəcək Mehdi (ə) onların arasındadır.”2