Sual: 125. İmam Kazim (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab:Yunis ibn Əbdür-Rəhman deyir: “Musa ibn Cəfərin yanına gedib ərz etdim: “Ey peyğəmbər övladı! Qaim sizsinizmi?” Həzrət buyurdu: “Mən qaiməm, amma yer üzünü Allahın düşmənlərindən təmizləyəcək qaim mənim övladlarımdan beşincisidir. Onun uzun müddətli qeyb dövrü olacaq...”3
Şeyx Səduq həzrət Musa ibn Cəfərin (ə) dilindən belə nəql edir: “Bir vaxt yeddinci övladımın beşinci övladı qeybə çəkilər...”4
Sual: 126. İmam Riza (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Hüseyn ibn Xalid bir hədisdə deyir: “İmam Rizaya (ə) ərz olundu: “Siz əhli-beytdən olan qaim kimdir?” Övladımın dördüncü övladı, çox üstün qadının övladı! Allah onun vasitəsi ilə yer üzünü zülm-sitəmdən təmizləyər. Anadan olmasına şəkk edilən kəs odur. Odur zühurundan öncə qeybə çəkilən...”5
Dəbəl Xəzai deyir: “Mövlam imam Əli ibn Musa Riza (ə) üçün bir qəsidə oxudum:
Şübhə yox ki, zühur edəcək imam,
Allahın adıyla qopacaq qiyam.
Haqqı ayıracaq batildən hökmən,
Ləyaqətin qədər alasısan sən.
İmam Riza (ə) şeri dinləyib ağladı. Sonra başını qaldırıb buyurdu: “Ey Xəzai! Ruhul-Qüds sənin dilinlə danışdı. Bilirsənmi, bu imam kimdir və nə vaxt qiyam edəcək?” Ərz etdim: “Xeyr, ey mənim mövlam. Yalnız bunu bilirəm ki, sizlərdən bir imam qiyam qaldırar, yer üzündə zülmün kökünü kəsib ədaləti bərpa edər.” Həzrət buyurdu: “Həqiqətən, məndən sonra övladım Məhəmməd imamdır. Məhəmməddən sonra Həsən, Həsəndən sonra onun övladı qaim imamdır. O, qeybə çəkiləndə intizar, zühur edəndə firavanlıq olar...”1
Dostları ilə paylaş: |