Sual: 128. İmam Hadi (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Səqər ibn Əbu Delf deyir: “İmam Hadi (ə) buyurdu: “İmam məndən sonra Həsən, Həsəndən sonra övladı qaimdir. О, yer üzünü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək.”1
Davud ibn Qasim Cəfəri deyir: İmam Əbül-Həsən Hadi (ə) buyurdu: “Məndən sonra canişini görməzsiniz və onun adını çəkmək halal deyil...”2
Sual: 129. İmam Hәsәn Əsgəri (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Bəli, çoxsaylı rəvayətlərdə bu məsələ öz əksini tapmışdır:
Musa ibn Cəfər ibn Vəhəb Bağdadi deyir: “İmam Əsgəri (ə) buyurdu: “Sanki sizin məndən sonra canişinimlə bağlı ixtilaf salacağınızı görürəm. Agah olun! Həqiqətən, hər kəs peyğəmbərdən sonra imamları təsdiqləyib onların övladını inkar etsə, bütün peyğəmbərləri qəbul edib İslam peyğəmbərini inkar etmiş kimidir...”3
Osman ibn Səid Əmri deyir: İmam Əsgərinin (ə) yanında olduğum vaxt ondan qiyamət gününədək yer üzünün höccətsiz qalmayacağı barədə atalarından nəql olunmuş rəvayət haqqında soruşdular. Rəvayətdə deyilirdi ki, hər kəs öz zamanının imamını tanımamış dünyadan köçsə, cahiliyyət dövründə ölmüş kimi sayılar. Həzrət buyurdu: “Bu, gün kimi həqiqətdir.” Həzrətə ərz etdilər: “Ey peyğəmbər övladı! Sizdən sonra höccət və imam kimdir?” Həzrət buyurdu: “Övladım Məhəmməd məndən sonra imam və höccətdir. Onu tanımamış dünyadan köçən cahiliyyət dövründə ölmüş kimidir...”4
Əhməd ibn İshaq deyir: “İmam Həsən Əsgəridən (ə) belə eşitdim: “Həmd olsun canişinimizi tanıtdırmamış bizi dünyadan aparmayan Allaha! O (canişinimiz), xilqət və əxlaq baxımından peyğəmbərə ən çox oxşayan şəxsdir...”5
Dostları ilə paylaş: |