Bismillahir-Rəhmanir-Rəhim


Sual: 131. İmam Əsgərinin (ə) dövründə və həzrət Mehdi (ə) dünyaya gələn vaxt siyasi durum necə idi? Cavab



Yüklə 1,7 Mb.
səhifə118/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   114   115   116   117   118   119   120   121   ...   410
Sual: 131. İmam Əsgərinin (ə) dövründə və həzrət Mehdi (ə) dünyaya gələn vaxt siyasi durum necə idi?

Cavab: İmam Əsgəri (ə) hicri 232-ci ilin rəbiul-əvvəl ayında dünyaya göz açmışdır. O, üç Bəni-Abbasi hakimi ilə müasir olmuşdur: Mötəzz, Möhtədi, Mötəməd. Mötəməd Əhli-beytə (ə) xüsusi bir düşmənçiliklə yanaşırdı. O, göstəriş vermişdi ki, imam Əsgərinin (ə) şəhadətindən sonra onun evində axtarış aparılsın və övladı haqqında məlumat toplanılsın. Bu barədə hakimiyyəti Cəfər məlumatlandırmışdı.

Davud ibn Əsvəd deyir: İmam Əsgəri (ə) mənə bir əsa verib buyurdu: “Bunu Əmriyə çatdır.” Yolda əsa sındı və gördüm ki, onun arasında məktub var. İmamın xidmətinə qayıtdıqda bu məsələni danışdım. Həzrət buyurdu: “Kimlərinsə bizi təhqir etdiyini görsən, tapşırılmış işin ardınca get və məbada cavab vermək fikrinə düşəsən və onu tanıtdırasan. Çünki biz çətin şəraitdəyik. Sən yoluna davam et, bil ki, sənin halından xəbər tuturuq. Bunu yadında saxla.”1

Tarixi mənbələrdən məlum olur ki, imam öz səhabələrinə ona salam verməməyi tapşırmışdı. Әks-təqdirdə onun üçün təhlükə yaranardı.2

Həzrət öz şiələri ilə görüş üçün yer müəyyənləşdirmişdi. O buyurdu: “Filan yerdə, filan evdə gecə vaxtı müraciət edin. Məni orada taparsınız.”3

Məhəmməd ibn Əbdül-Əziz Bəlxi deyir: “Sübh vaxtı qoyunsatanların məhəlləsində oturmuşdum. Birdən imam Əsgərinin (ə) öz mənzilindən çıxdığını gördüm. Ürəyimdə dedim ki, bu şəxsin Allah höccəti olduğunu desəm, məni öldürərlərmi? Həzrət mənim yanımdan keçdiyi vaxt şəhadət barmağını ağızına yaxınlaşdırıb sakit olmaq işarəsi verdi. Həmin gecə həzrətlə görüşdüm. O buyurdu: “Ya gizlətməlisən, ya da qətlə yetiriləcəksən. Özünə görə Allahdan qorx.”1

Mərhum Müqəddəs Ərdəbili buyurur: “Əgər hədisi, «bir kişi» ünvanı ilə nəql etsələr nəzərdə imam Həsən Əsgəri (ə) tutulmuşdur.”2

Bütün bu məlumatlar imam Əsgərinin dövründə və həzrət Mehdi (ə) doğulan zaman vəziyyətin çətin olduğunu göstərir. Bu səbəbdən də həzrət Mehdinin (ə) mövludu gizlədilmişdir.

Bu arada imam Əsgərinin (ə) iki vəzifəsi vardı: Həzrət həm övladının dünyaya gəlişini sübuta yetirməli, həm də bu işi elə görməli idi ki, onun həyatı üçün təhlükə yaranmasın.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin