Sual: 151. İmam Əsgəridən (ə) nəql olunmuş mütəvatir mötəbər xəbərlər arasında həzrət Mehdinin (ə) imaməti haqqında məlumat varmı?
Cavab: Həzrət Mehdinin (ə) imamətini müxtəlif yollarla sübut etmək olar. Uyğun yanaşma bütün məsumların imamətinə aiddir:
1. Öncə qeyd olunduğu kimi, imam Əsgəridən (ə) öz övladının imaməti haqqında mötəbər hədislər nəql olunmuşdur.
2. İmamət və yer üzünün höccətsiz qalmaması qəti dəlillərlə sübuta yetirilirsə, növbəti imamın kim olması məsələsi səhih sənədli bir xəbərlə təsdiqlənir.
3. Öncə işarə olunduğu kimi haqqında danışılan mövzu ilə bağlı həzrət Peyğəmbər (s) və imamlardan yetərincə hədislər nəql olunmuşdur.
4. Peyğəmbərliyin sübutunda ən ümdə yol möcüzə olduğu kimi, imamətin isbatında da bu yoldan faydalanmaq olar. Hər bir imamın özündən sonrakı imamı təsdiqləməsi də etibarlı sübut yoludur.
5. Bəzi imamlar haqqında bir mötəbər sənəd olsa da, mövcud xarici dəlillər insanda əminlik yaradır. İmamlara münasibətdə Bəni-Üməyyə və Bəni-Abbasi hakimlərinin təzyiqləri, şübhəsiz ki, uyğun mövzunun aşkar şəkildə nəql olunmasına maneçilik törətmişdir.
6. Həzrət Peyğəmbərdən, imamlardan, eləcə də, imam Əsgəridən (ə) nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə, həzrət Mehdinin (ə) möcüzələri ilə tanış olduqda aydınlaşır ki, həzrət Mehdinin (ə) imamət məsələsi mütəvatir xəbərlər yolu ilə sübuta yetmişdir.
Dostları ilə paylaş: |