Sual: 160. Nə üçün Cəfər “yalançı” kimi tanınır?
Cavab: İmamın müqəddəs nümayəndəliyi tərəfindən verilən məlumata əsasən, həzrət Mehdi (ә) Cəfər haqqında buyurmuşdur: “Heç şübhəsiz, bu şəxs Allaha iftira yaxır, iddiaları yalandır. İddialarını necə sübut edəcəyini bilmirəm. And olsun Allaha ki, o halalı haramdan seçmir, yanlışı doğrudan ayıra bilmir...”1
Bu məlumatlardan aydınlaşır ki, Cəfəri ilkin olaraq həzrət özü “yalançı” adlandırmışdır. Sonralar Cəfər bu ləqəblə tanınmışdır. Bəziləri isə bildirirlər ki, Cəfər, sadəcə, imam Cəfər Sadiqdən (ə) fərqləndirilmək üçün bu ləqəblə çağırılmışdır.
Dostları ilə paylaş: |