Sual: 161. Cəfər hansı ləyaqətsiz işlər görmüşdür?
Cavab: İmam Hadinin (ə) oğlu Cəfər qardaşı imam Əsgəri (ə) dünyasını dəyişdikdən sonra bir sıra ləyaqətsiz işlər görmüşdür. O cümlədən:
1. Özbaşına olaraq qardaşı imam Əsgərinin (ə) cənazə namazını qılmağa cəhd göstərmişdir.2
2. İmamət və rəhbərlik iddiasında olmuşdur. Cəfər Abbasi vəziri Əbdüllah ibn Yəhya ibn Xaqana belə demişdir: “Qardaşımın məqamını mənə verin. Mən sizə ildə 20000 dinar ödəyəcəyəm.”3
3. Cəfər qardaşının mülkünə sahib çıxmaq məqsədi ilə onun övladı olmadığını iddia etmişdir. Abbasi hökuməti Cəfərə icazə vermişdir ki, qardaşının mülkünə sahib dursun.4
4. Cəfər imam Mehdinin (ə) həbs olunması üçün hökuməti təhrik etmişdir.
Dostları ilə paylaş: |