Cavab:Bəziləri nöqsan tuta bilər ki, uşağın imamət məqamına təyin olunması bir çoxlarında şəkk-şübhə yaratdığı üçün lütf prinsipinə uyğun deyil. Amma bəzən Allahın lütfü tələb edir ki, məsum şəxs uşaq yaşında imamətə təyin olunsun. Qeyd olunduğu kimi bu yolla həm xalq imtahana çəkilir, həm də çoxları uşaq yaşında bu məqama təyin olunmuş şəxsin imamətinə əmin olur. Bir daha təsdiqlənir ki, imamət yaşa yox, ləyaqətə əsaslanır. Bu imtiyazları və hər bir şəxsin araşdırma aparmalı olduğunu nəzərə alsaq, heç bir şəkk-şübhə qalmır.