Bismillahir-Rəhmanir-Rəhim


Sual: 180. Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi? Cavab



Yüklə 1,7 Mb.
səhifə156/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   152   153   154   155   156   157   158   159   ...   410
Sual: 180. Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?

Cavab: Sual oluna bilər ki, imam xalq arasında olmalı ikən nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi? Başqa sözlə, nə üçün imam Əsgəri (ə) uşaq yaşında ikən övladını xalqdan gizlətdi?

Şübhəsiz ki, imam Əsgəriyə (ə) qarşı siyasi təzyiqlər çox güclü idi. Həzrət Mehdini (ə) ciddi təhlükə gözlədiyindən imam öz şiələri və səhabələrinə tapşırdı ki, ona aşkar salam da verməsinlər.1

Vəziyyət o qədər mürəkkəb idi ki, imam Əsgəri (ə) səhabələri ilə görüşmək üçün onların arxasınca adam göndərib buyurardı: “Gecə vaxtı, filan sааtdа, filan evdə toplanın, məni orada görərsiniz.”2

Bütün siyasi sıxıntılara rəğmən həzrət vəkalət qurumu müəyyənləşdirmişdi. O bu yolla həm xalqın problemlərini həll edir, həm də görüşlə bağlı çətinlikləri aradan qaldırırdı.

Belə bir həssas vaxtda həzrət Mehdi (ə) dünyaya gəldi. O, imam Əsgəridən sonra Allahın yer üzündə höccəti idi. Həzrət Peyğəmbər (s) onun gəlişini və yer üzündə ədaləti bərpa edəcəyini vəd etmişdi. Həzrət Mehdi (ə), böyük qiyamın rəhbəri dövrünün xəlifələrindən kimsəyə beyət etməmişdi. Belə bir imamın xalqın və zalım hakimlərin gözündən qeybə çəkilməsi təbii deyilmi?! Bununla belə, o xalq arasındadır, onlarla yanaşı yaşayır.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin