İmam Mehdinin (ə) vilayəti
Sual: 185. Vilayət nə deməkdir?
Cavab: “Vilayət” sözünün lüğət mənası yaxınlıqdır. Fəyyumi deyir: “Vəliyy” “fələs” sözü kimi yaxınlıq mənasını bildirir.3
“Əqrəbul-Məvariddə” deyilir: “Vəliyy” dedikdə bir fərd və ya şeyi ikinci fərd və ya şeyin yanında yerləşdirmək nəzərdə tutulur.4
Rağib İsfəhani deyir: “Və la” və “təvaliy” dedikdə iki şeyin arasında məsafə qoymadan onları yanaşı yerləşdirmək nəzərdə tutulur.”1
İnsanların ilkin olaraq sözləri hisslərlə bağlı mənada bəyan etməsini nəzərə alaraq belə demək olar:
“Vilayət” sözü əvvəllər hissi yaxınlıq mənasında işlədilmişdir. Həmin vaxt bu sözə “mənəvi yaxınlıq” mənası verilmişdir. “Vilayət” sözü mənəvi yöndə işlədildikdə elə bir yaxınlığı bildirir ki, bu yaxınlıq müstəsna ixtiyar haqqı verir. Məsələn, meyyitin vəlisi onun mülkünü sərf edə bilər. Bu vilayət varislik haqqından doğur. Sağır üzərində vilayəti olan kəs onun işlərini idarə edə bilər. Allah-tәala öz bəndələrinin işinin vəlisidir. Yəni onların dünyəvi və axirət işlərini idarə edir. Allah möminlərin vəlisidir. Yəni onların üzərində xüsusi vilayəti var.
Demək, bütün variantlarda “vilayət” sözü yaxınlıq bildirir.2
Başqa sözlə, vilayət elə bir yaxınlıqdır ki, aradakı pərdələr götürülür.3
Beləcə, insan nəfsini ram etməklə, əldə etdiyi qabiliyyətlərlə, digər bir tərəfdən, Allahın lütfünə və ona yaxın məqama çatmaqla xalq üzərində vilayət məqamına yüksəlir. Vilayət məqamına yüksəlmiş şəxs ixtiyar qazanır və kimsə onun icazəsi olmadan nəzərdə tutulmuş işlərə qatıla bilmir. Bütün bunlar Allahın izn və iradəsi ilə baş tutur.
Dostları ilə paylaş: |