Bismillahir-Rəhmanir-Rəhim


Sual: 198. Әn şərəfli оlmаq (əşrəf) prinsipi imam Mehdinin (ə) vücuduna dəlil ola bilərmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə173/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   169   170   171   172   173   174   175   176   ...   410
Sual: 198. Әn şərəfli оlmаq (əşrəf) prinsipi imam Mehdinin (ə) vücuduna dəlil ola bilərmi?

Cavab: Hikmət sahibləri deyir: Varlıq, həyat, elm, qüdrət, rəhmət və digər kamilliklər feyz mənbəsindən aşağı mərtəbə varlıqlara birbaşa çatdırılmır. Kamilliklər öncə “əşrəf” (әn şərəfli) varlıqlara yetirilir. Necə ki, çıraq öncə ətrafını, sonra uzağı işıqlandırır.

Elm və qüdrət kimi qeyri-hissi işlərdə öncə daha üstün rütbəli, əşrəf pillələr bəhrələnir.

Əllamə Təbatəbai deyir: “Әn şərəfli оlmаq qaydası budur ki, “əşrəf mümkün” vücud mərtəbəsində “xüsusi mümkündən” qədim olmalıdır. Çünki ondan şərəflisi ondan öncə mövcud ola bilər...”

Molla Sədra bu qaydanın sübutu üçün deyir: “Əgər “xüsusi mümkün” Allah tərəfindən vücuda gəlmişsə, ondan öncə “əşrəf mümkün” olmalıdır. “Əşrəf” və “əxəssin” eyni zamanda mümkün olması mümkünsüzdür. Bu halda şübhə doğurmur ki, əşrəf əxəsdən sonra vücuda gələ bilməz. Əlbəttə ki, nəticə səbəbdən öncə gələ bilmədiyi kimi...1

Bilirik ki, insan yaranmışların əşrəfidir. O, heyvandan, heyvan bitkidən, bitki cansız cisimlərdən şərəflidir. Şərəflilik qaydasına əsasən hər hansı feyz bitkiyə çatmamış torpağa, heyvana çatmamış heyvana çata bilməz. Bu da bir həqiqətdir ki, elm və qüdrət kimi feyzlər kamil insana çatmamış adi insana verilə bilməz.

Demək, bu qaydaya əsasən, kamil bir insan mövcuddur və o, Allahın höccətidir.

Kuleyni imam Sadiqdən (ə) belə nəql edir: “Höccət xalqdan öncə vardı, xalqladır, xalqdan sonra olacaq.”2

İmam Sadiq (ə) başqa bir məqamda buyurur: “Əgər yer üzündə yalnız iki nəfər qalsa, hökmən onlardan biri imamdır.”3



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin