Sual: 202. Feyzdə ziddiyyətin olmaması qanunu imamın varlığını necə sübuta yetirir?
Cavab: Peyğəmbərlik və imamət mənəvi bir feyzdir. Kəlimilərin baxışına əsasən həzrət Musanın ölümü ilə bəşəriyyətin ərş aləmi ilə rabitəsi qırıldı. Protestant məsihilər bu əqidədədirlər ki, həzrət Məsihin dara çəkilməsi ilə bəşəriyyətin ilahi dərgahla əlaqəsi üzüldü. İslamın sünni firqəsi də özünü bu feyzdən məhrum etmişdir. Onlar bu əqidədədir ki, İslam peyğəmbərinin (s) ölümü ilə bu feyz kəsilmişdir. Belə bir sual verilə bilər ki, nə üçün İslam ümməti peyğəmbərdən sonra feyzdən məhrum olsun? Nə üçün Allah-tәala imam vasitəsi ilə bəşəriyyəti bu feyzdən bəhrələndirməsin?
İmamiyyə şiələr bu sualı cavablandırır. Onlar deyir: Bu feyz vəhy yolu ilə kəsilsə də, kamil insan vasitəsi ilə təmin olunur. Bu feyz bəşəriyyətə həzrət Mehdinin (ə) kаmil vücudu ilə çatdırılır.
Parisin Sarbonna universitetinin professoru Hanri Kоrbәn deyir: “Mənim əqidəmcə, şiəlik yeganə məzhəbdir ki, bəşəriyyətlə Allah arasındakı hidayət rabitəsinin davamlığını qəbul edir. Onlar ilahi vilayəti qiyamət gününədək sabit saxlamışlar...”1
Dostları ilə paylaş: |