Bismillahir-Rəhmanir-Rəhim


Sual: 209. “İnzar” (“Rəd”, 7) ayəsi imamın varlığını necə sübut edir? Cavab



Yüklə 1,7 Mb.
səhifə184/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   180   181   182   183   184   185   186   187   ...   410
Sual: 209. “İnzar” (“Rəd”, 7) ayəsi imamın varlığını necə sübut edir?

Cavab: Allah-tәala öz peyğəmbərinə xitabən buyurur: “Həqiqətən, sən bir qövm üçün qorxudan, hidayət edən şəxssən.”

Ayədən məlum olur ki, hər bir dövrdə hər bir qövm üçün onu haqqa çağıran rəhbər var. Belə bir çağırış Allahın rübubiyyət (Rəblik) tələbidir. Bu da məlum olur ki, yer üzü heç vaxt həqiqi hidayətçidən, rəhbərdən məhrum olmamışdır. Ayədə yalnız peyğəmbərlər nəzərdə tutulmur. Zəməxşəri ayə ilə bağlı qeyd edir ki, yalnız peyğəmbərlər nəzərdə tutulsaydı, peyğəmbərlər olmadığı dövrdə yer üzü höccətsiz qalardı.

Təbəri uyğun ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Bu ayə nazil oldu. Həzrət Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və hər bir qövm üçün yol göstərənəm. Sonra əlini həzrət Əlinin (ə) çiyninə qoyub buyurdu: “Hidayət olanlar məndən sonra yalnız sənin vasitənlə olar.”3

Hakim Nişapuri səhih sənədə əsasən həzrət Əlinin (ə) dilindən belə nəql edir: “Həzrət Peyğəmbər (s) qorxudandır, mən hadiyəm.”4

Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “Həzrət Peyğəmbər (s) qorxudandır. Hər bir dövrdə xalqı peyğəmbərin gətirdiyinə dəvət edən imam və hadi var...”5

Uyğun ayə ilə bağlı imam Baqir (ə) buyurmuşdur: “Allahın rəsulu qorxudandır, Əli isə hadidir. Agah ol! And olsun Allaha ki, ayə bizdən kənar olmaz və qiyamət gününədək aramızdadır.”6



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin