Bismillahir-Rəhmanir-Rəhim


Sual: 210. Şəhadətdən danışan ayələr imamın mövcudluğunu necə sübut edir? Cavab



Yüklə 1,7 Mb.
səhifə185/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   181   182   183   184   185   186   187   188   ...   410
Sual: 210. Şəhadətdən danışan ayələr imamın mövcudluğunu necə sübut edir?

Cavab: Bir çox ayələrdə Allah-tәala qiyamət günü ümmətin əməllərinə şahid olacaq insanlardan (şahidlərdən) danışır. Bu ayələrdən bəzilərini nəzərdən keçirək:

a) “Məhşər günü, hər bir tayfaya şahid gətirdiyimiz və səni (peyğəmbəri) şahid tutacağımız vaxt necə olacaq?!”1

b) Hər bir ümmətdən şahid seçəcəyimiz gün kafirlərə danışmaq icazəsi verilməz və onların tövbələri qəbul olunmaz.”2
v) Hər ümmət üçün onların öz arasından şahid seçəciyimiz, səni (peyğəmbəri) ümmətə şahid gətirəcəyimiz gün...”3
Ayələrdən məlum olur ki, Allah-tәala qiyamət günü hər bir ümmətin əməlinə şəhadət vermək üçün dünya həyatında məsum şəxslər müəyyənləşdirmişdir. Ümmətin əməllərinə şəhadət verəcək kəs öz şəhadətində yanılmamalıdır. O ümmətin əməllərindən xəbərdar olmalıdır. Onlar bəşərin hidayətində Allahın höccətidirlər.

Fəxr Razi “Qəsəs” surəsinin 75-ci ayəsi haqqında deyir: “Onlar hər bir dövrdə xalqın əməllərinə şahid duranlardır. Peyğəmbərlər də bu qəbildəndir.”4 Müəllif “Nəhl” surəsinin 84-cü ayəsi haqqında deyir: “Dünyada mövcud olan hər bir cəmiyyətin əməllərinə şahid durası şəxsə ehtiyac var.” Peyğəmbər öz dövrünün şahidi idi. Peyğəmbərdən sonra da hər bir dövrün şahidə ehtiyacı var.

Aydın olur ki, heç bir dövr şahidsiz deyil. Bu şahid pak olmalıdır. Əks-təqdirdə onun özünün də şahidə ehtiyacı olar. Belə olsa, sonsuz şahidlər silsiləsi yaranar. Bu batil fikirdir.5


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin