Sual: 219. İmamı tanımağın (mərifətin) zəruriliyini bildirən hədislər imamın mövcudluğunu necə sübuta yetirir?
Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs öz dövrünün imamını tanımadan (mərifətsiz) ölsə, cahiliyyət dövründə dünyadan getmiş kimidir.”1
Rəvayəti azca araşdırdıqdan sonra imamın həqiqi siması haqqında təsəvvür yaranır. İnsanın, dünyadan cahil getməsinə səbəb olan mərifətsizlik hansı mərifətsizlikdir? Hansı imamı tanımamaq insanı bədbəxtliyə aparır? İmamı tanımamaqla cahiliyyət ölümü arasında hansı asılılıq var?
Yoxsa söhbət dövrün zalım rəhbərlərindən gedir? Əlbəttə ki, belə deyil. Nəzərdə hər bir dövrün məsum imamı nəzərdə tutulmuşdur. Həqiqi imamı tanımadan ölən insan cahiliyyət dövründə ölmüş kimidir.
Dostları ilə paylaş: |