Sual: 221. “Səfinə” hədisi imamın mövcudluğunu necə təsdiq edir?
Cavab: Firqələr tərəfindən nəql olunmuş rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Nuhun gəmisinə (“Səfinə”) bənzətmişdir.
İbn Hucr Məkki həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Həqiqətən, mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Hər kəs bu gəmiyə süvar olsa, nicat tapar.”1
Bu hədis müxtəlif yollarla, müxtəlif şəkillərdə nəql olunmuşdur. Onun məzmunu haqqında dərindən düşündükdə aydın olur ki, qiyamət gününədək hər bir dövrdə məsum imam olmalıdır. Yalnız imamın varlığı ilə qurtuluş gəmisinə süvar olub fitnə dəryasından keçmək və behiştə yetişmək olar.
Sual: 222. Qüreyşi imam haqqındakı hədis imamın varlığını necə sübuta yetirir?
Cavab: Buxari, Müslim və başqaları həzrət Peyğəmbərin (s) dilindən belə nəql edirlər: “Yer üzündə iki nəfər qalsa belə xilafət əmri Qüreyş üçün sabitdir.”2
Bu hədisdə xarici bir olaydan xəbər verilir. Bu olayın gerçəkləşməsi vacibdir. Həzrət peyğəmbərin xilafətinin hər bir dövrdə layiqli bir qüreyşə tapşırmaq müsəlmanların vəzifəsidir. Fəxr Razi və başqalarının nəzərincə “ulil-əmr” məsumlara işarədir.3 Hər bir dövrdə qüreyşdən məsum bir imam mövcuddur. Nə qədər ki yer üzündə həyat davam edir, bu şəxs həzrət Mehdidir (ə).
Başqa sözlə, rəvayət və ayədəki “ulil-əmr” sözü zahir və batini rəhbərliyə işarədir. Tam mənada peyğəmbərin sifət və xüsusiyyətlərinə malik olan şəxs onun canişini olaraq hər vaxt mövcuddur. Sadəcə, ona vəhy nazil olmur. Hazırki dövrdə bu canişin həzrət Mehdidir (ə).
İbn Hucr Əsqəlani: “Həzrət İsanın dünyanın sonunda bu ümmətdən olan şəxsin arxasında namaz qılması deyilənlərin möhkəm dəlilidir: Yer üzü heç vaxt “Qaim billah – höccətsiz olmayacaq.”4
Dostları ilə paylaş: |