Sual: 228. Sünnə əhlindən nəql olunmuş bəzi rəvayətlərdə Əbu-Bəkr və Ömər də 12 xəlifədən biri kimi tanıtdırılır. Bunu necə izah etmək olar?
Cavab: Təbərani Əbdüllah ibn Əmrdən belə nəql edir: Peyğəmbərdən belə eşitdim: “Məndən sonra 12 xəlifə olacaq: Əbu-Bəkr Siddiq – o məndən sonra çox yubanmaz, onun ev dəyirmanının sahibi Ömər ibn Xəttab...”2
Uyğun hədisə münasibətdə bir neçə iradımız var:
1. Bu hədis sənəd baxımından mötəbər deyil. Bu hədisi nəql edən Əbdüllah ibn Salehin hədisləri Zəhəbi tərəfindən inkar olunur. Əhməd ibn Hənbəl deyir: O, ömrünün axırlarında əqidəsindən döndü.” Saleh ibn Məhəmməd deyir: “Mənim zənnimcə, o hədis nəqlində yalançıdır.”
Bu rəvayətlərin digər sənədi Leys ibn Səddəndir. Bu şəxs Mənsur Abbasinin yaxını olmuş və Əhli-beyt vilayətinə qarşı fəaliyyət göstərmişdir.
2. Bu hədisdə 3 xəlifə, xüsusi ilə Osman xüsusi bir tərzdə tərif olunur. Həqiqət isə tamam başqadır.
3. Digər rəvayətlərə müraciət etdikdə görürük ki, 12 xəlifə hədislərində peyğəmbər Əhli-beyti nəzərdə tutulmuşdur.3
Dostları ilə paylaş: |