Sual: 231. Xilafətin 30 il davam edəcəyini bildirən hədis 12 xəlifə hədislərinə zidd deyilmi?
Cavab: Əhməd ibn Hənbəl “Müsnəd” kitabında həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir: “Xilafət 30 il çəkəcək. Ondan sonra sultanlıq və padşahlıqdır.”1
Bəzi sünni alimləri bu hədisi 12 xəlifə hədislərinə zidd sayırlar. Çünki 12 xəlifənin xilafəti 30 il çəkməmişdir.
Sualı cavablandıraq:
1. Bu iki rəvayət arasında fərq var. 12 xəlifə haqqında məlumat verən hədislərdə 12 məsum imam haqqında danışılır. Nəzərdə tutulan hədisdə isə peyğəmbərdən sonrakı xəlifələrdən söhbət açılır. Bu xəlifələr məsum olmaya da bilər.
2. Qeyd olunan hədis mötəbər və məşhur deyil. İbn Tеymiyyə bu hədisi zəif saymışdır.2 Uyğun hədisi nəql edən Səid ibn Cəmhan rical elmində zəif sayılmışdır.3
Dostları ilə paylaş: |