Bismillahir-Rəhmanir-Rəhim


Sual: 232. 13 imam haqqında danışan hədislər necə izah oluna bilər? Cavab



Yüklə 1,7 Mb.
səhifə205/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   201   202   203   204   205   206   207   208   ...   410
Sual: 232. 13 imam haqqında danışan hədislər necə izah oluna bilər?

Cavab: Bəzi rəvayətlərdə həzrət Peyğəmbərdən (s) sonra 13 xəlifənin olacağından danışılır. Bu rəvayətləri araşdıraq:

1. Həzrət Peyğəmbərdən (s) sonra imamların 13 nəfər olacağını Hibtullah ibn Əhməd Müfid Əmridən savay heç bir şiə alimi təsdiqləməmişdir. Nəccaşi bu barədə deyir: “Bu şəxs Əbül-Hüseyn ibn Əbu-Şeybə Ələvi Zeydinin həmsöhbəti olmuş, onun üçün kitab tərtib etmişdir. O, imamların 13 nəfər olacağını bildirir. Onun Zeyd ibn Əli ibn Hüseyni 12 imama əlavə etməsinin səbəbi Əbu-Şeybə Zeydiyə xoş gəlmək istəyi olmuşdur.

2. Bəziləri rəvayətlərin mətnini düzgün anlamamışlar. Səlimin rəvayətində bildirilir ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Sən və övladlarından 12-si imam olacaqsınız.” Şübhəsiz ki, bu təbirdə həzrət Əli (ə) özü də 12 nəfərə daxildir. İmamların 12 nəfər olacağını xəbər verən hədislər mütəvatirdirsə, başqa ehtimala yer yoxdur.

3. Səlim ibn Qeysin kitabında peyğəmbərdən sonra 12 imamın gələcəyini 20-dən çox hədis xəbər verir.

4. Kuleyni və Səlim ibn Qeys öz kitablarında bildirirlər ki, imamlar 12 nəfərdir. Yenə də günah mütəvatir hədisi düzgün anlamayanların üzərinə düşür.

5. 13 imamın gələcəyini xəbər verən bütün hədislərin sənədi, qaynağı zəifdir.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin