Kiçik qeyb (Qеybәti suğrа)
Sual: 233. Kiçik qeyb dövrü nə vaxtdan başlamışdır?
Cavab: Uyğun məsələ ilə bağlı iki baxış mövcuddur:
Birinci baxışa əsasən, kiçik qeyb dövrü həzrət Mehdinin (ə) mövlud günündən başlamışdır. Çünki bu mövlud gizli şəkildə baş vermişdir. Amma bu baxış ziddiyyətlidir. Çünki qeyb imama aiddir, həzrət Mehdi (ə) dünyaya gələn zaman imam məqamına çatmamışdı. Bundan əlavə, bir çoxları imam Əsgərinin (ə) şəhadətindən öncə 5 il həzrəti müşahidə etmişdir.
İkinci baxışa əsasən, imamın qeyb dövrü atası imam Əsgərinin (ə) şəhadət vaxtından başlayır. Daha dəqiq desək, həzrət atası üçün cənazə namazı qıldıqdan sonra, Əbül-Ədyanın nəql etdiyi qəziyyəyə uyğun olaraq qeybə çəkilmişdir.1
Dostları ilə paylaş: |