Bismillahir-Rəhmanir-Rəhim


Sual: 19. Dini mənbələrdə ümumdünyəviləşmə mövzusuna toxunulurmu? Cavab



Yüklə 1,7 Mb.
səhifə21/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   17   18   19   20   21   22   23   24   ...   410
Sual: 19. Dini mənbələrdə ümumdünyəviləşmə mövzusuna toxunulurmu?

Cavab: Qurani-Kərimdə və İslam rəvayətlərində ümumdünyəviləşmə və ümumdünyəviləşdirmə mövzularına toxunulmuşdur. Amma İslam dinində uyğun iki anlayış fərqi məna və məfhuma malikdir. Ümumdünyəviləşmə öz təbii məcrasından çıxmazsa, İslamın irəli sürdüyü ümumdünyəvi hökumət üçün zəmin yarada bilər.

İndi bu mövzu ilə bağlı bəzi ayə və rəvayətləri nəzərdən keçirək:

1. “Biz Tövratdan sonra Davudun Zəburunda da yazdıq ki, mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”1

2. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd edir ki, onları hökmən yer üzünə hakim edəcək. Necə ki, əvvəlkilərə yer üzünün xilafətini bağışladı. Onlar üçün bəyəndiyi din və ayin bərqərar edəcək, qorxularını əmin-amanlığa çevirəcək...”2

3. “O (Allah) bir kəsdir ki, Öz rəsulunu müşriklərin xoşu gəlməsə də dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərdi.”1

Nəql olunur ki, həzrət Əli (ə) bu ayəni tilavət etdiyi vaxt öz yaxınlarından soruşdu: “Bu qələbə hasil olubmu?” Dedilər: “Bəli.” Həzrət buyurdu: “Xeyr, and olsun canım əlində olan kəsə, yer üzündə heç bir abadlığın qalmayacağı sübh və axşam “la ilahə illəllah” sədasının eşidiləcəyi zaman bu qələbə aşkar olar.2 İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, bu qələbə Məhəmməd (s) ailəsindən olan Mehdi (ə) qiyamı zamanı gerçəkləşəcək. Həmin vaxt yer üzündə həzrət Məhəmmədin (s) risalətini qəbul etməmiş bir kəs də qalmayacaq.”



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin